Icma.az
close
up
RU
Rəşad Sadıqov: Büdcəmiz qışda transfer etməyə imkan vermir

Rəşad Sadıqov: Büdcəmiz qışda transfer etməyə imkan vermir

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə" Misli Premyer Liqasının 16-cı turunda öz meydanında "İmişli" ilə 0:0 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiə olunurdu, biz də onu yarmağa çalışırdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə nəzarət bizdə idi. İkinci yarıda daha sürətli futbol getdi, bir neçə qol epizodumuz oldu. Vacib xallar itirdik. Artıq fasiləyə gedirik. Futbolçularımdan ümumilikdə razıyam. Son matçlarda hücum xəttində bir az problemlər yaşayırıq. 11-12 oyundur ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilərimiz var. Bu da istədiyimiz heyətlə meydana çıxmağımıza problem yaradır. Ümidvaram ki, qışdan sonra bu qədər problem yaşamarıq.

- İkinci oyundur ki, "İmişli"ni məğlub edə bilmirsiz. Nə ilə bağlıdır?

- İstəyirdik ki, qələbə qazanaq. Məyusuq. Amma bu gün uduzsaydıq da, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində meydanda zəif olmuşuq, o da "Sabah"la görüşdə. Meydana hücumçu buraxmaq istəyirdim. Amma yox idi. Konateni hücumçu kimi oynadırdıq. Onsuz da heyətimiz kasaddır, Davit Volkov 11-12 oyundur yoxdur. Nə vaxt bərpa olacağı bilinmir. "İmişli" yaxşı, möhkəm komandadır. Səfər matçlarında daha təhlükəli olurlar. Bir xala görə şikayətçi deyilik. 

- Büdcəniz imkan verəcək ki, qışda transfer edəsiz?

- İmkanımız yoxdur. Büdcə ona imkan vermir. Rəhbərlikdən xahiş edəcəyik ki, 1-2 transfer edək. Digər tərəfdən rüsum məsələsi var. Gücümüz çatacaq ya yox, bilmirik. Mövsümün əvvəlində bilirdik ki, hücum xəttinə oyunçu lazımdır.

- Renat Dadaşov Polşa klubundan ayrılacaq. Onunla danışmağa cəhd edəcəksiz? Rüsum məsələsi sizi məcbur edəcək ki, yalnız yerli futbolçu gətirəsiz?

- Oturacağıq, danışacağıq, müzakirə aparacağıq. Yerli futbolçu yoxdur. Yəni, komandanı gücləndirəcək yerli oyunçudan söhbət gedir. Üstəlik, hər bir yerli futbolçunun öz klubu ilə müqaviləsi var. Qışda kimisə transfer etmək çətindir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Dekabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri