Asiya Kubokunun keçirilmə vaxtı dəyişdirilib
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Asiya Kubokunun keçirilmə vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, Asiya Futbol Konfederasiyası (AFC) Səudiyyə Ərəbistanında təşkil olunacaq turnirin tarixini dəyişmək qərarına gəlib.
Əvvəlcə 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi planlaşdırılan yarışın yeni tarixləri müəyyənləşdirilib. Turnir 2027-ci il dekabrın 23-də start götürəcək və 2028-ci il yanvarın 21-də başa çatacaq.
AFC-nin yaydığı bəyanatda qərarın Yaxın Şərqdəki vəziyyətlə əlaqədar qəbul edildiyi bildirilib. Regionda yaranmış fövqəladə şərait, ciddi logistika çətinlikləri və nəqliyyat əlaqələrindəki fasilələr yarışın əvvəlki tarixlərdə keçirilməsini mümkünsüz edib. Yeni tarixlər təsdiq üçün FİFA-ya təqdim olunacaq.
Qeyd edək ki, turnirin son qalibi Qətər yığmasıdır.
Mahir Emrelidən məhsuldar ötürmə – “Rakuv”dan əzmkar qələbə İtaliya klubunda ayrılıq Ten Haqdan Ronaldoya sərt sözlər: "O, “Yuventus”dan sonra bitdi” "İnter" onunla yeni müqavilə imzalayacaq "Sabah"ın avrokubok matçı niderlandlılara həvalə edilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 03 Noyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















