Icma.az
close
up
RU
Rəşad Sadıqov: “İtirəcək çox şeyimiz var”

Rəşad Sadıqov: “İtirəcək çox şeyimiz var”

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabah Azərbaycan Kubokunun final matçı keçiriləcək.

Apasport.az xəbər verir ki, həlledici dueldə "Sabah" "Zirə" ilə qarşılaşacaq.

Oyundan öncə "qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Bizi olduqca önəmli oyun gözləyir. Matça yaxşı hazırlaşa bilmişik. Könül istərdi ki, daha çox vaxtımız olardı. Sabah 40 gün tamam olacaq ki, 9-cu oyunumuza çıxacağıq. Müəyyən yorğunluq, gərginlik var və bu da normaldır. Sabah ilk dəqiqələrdən həyəcanı, təzyiqi atıb, mövsümün ən yaxşı oyunlarından birini keçirmək istəyirik. Qarşımızda güclü komanda var. Baxımlı futbol oynayırlar və yaxşı məşqçilər heyəti var. Oyunun mahiyyətini başa düşürük. Əlimizdən gələni edib, qalib olmağa çalışacağıq".

– Bu sualı “Zirə”nin baş məşqçisi yox, mütəxəssis kimi dəyərləndirməyinizi istəyirdim. Sabah kimi daha üstün görürsünüz?
– Mövsümün geridə qalan hissəsi hər şeyi aydın göstərib. Amma finalda qələbə qazanmaq üçün nələr etməliyik deyə düşünürük. Oyun planımız, hədəfimiz var. Çalışacağıq ki, ilk dəqiqələrdən intizamlı olaq.

– Həmkarınızın 7 titulu var, amma siz də kubokda iki final oynamısınız. Təcrübə baxımından özünüz üçün hansısa üstünlük var?
– Finallarda favoritlərlə qarşılaşmışıq. Bu il də qismətdən “Sabah”dır rəqib və çempiondur. Rəqibdə müəyyən psixoloji üstünlük var, daha inamlıdırlar. Məşqçiləri də təcrübəlidir, kubokları var. Bizim üzərimizdə təzyiq daha çoxdur, itirəcək çox şeyimiz var. Amma rəqibdə belə deyil, çempion olublar. Ona görə biz daha döyüşkən olmalıyıq. Çempionat yolu ilə avrokuboklara getmək çətin görünür. Ona görə demək olar, sabahkı matç bizim üçün son şansdır.

– Sabah bir çox klubun azarkeşi “Sabah”a dəstək olacaq. Həm “Qarabağ”, həm “Neftçi”, həm “Turan Tovuz” onların qələbələrini arzulayır. Bu məqam sizin üçün əlavə motivasiya ola bilər?
– Futbolçularla da bu haqda danışmışıq. Elə vəziyyət yaranıb ki, finaldakı məğlubiyyətimiz dörd komandaya sərf edir. Mən də onların yerində olsaydım, “Sabah”ın qalib gəlməsini istərdim. Amma ümumilikdə bu məqam bizim üçün hansısa əlavə motivasiya yaratmır.

– Bundan əvvəlki finallarda yaxşı oynamısınız. Bu rəqiblə son duel bərabərliklə başa çatıb. Sabah onlara qarşı necə oynayacaqsınız?
– Bəzi sualları burda cavablamaq olmur. Amma belə deyə bilərəm ki, hansısa sürpriz seçim düşünmürük. “Sabah” erkən qol vurub, rahat oynamağa çalışacaq. Bizim də planlarımız var. İstərdik ki, baxımlı oyun oynayaq. Sabah necə olacağını görəcəyik. Qələbə üçün əlimizdən gələni edəcəyik.

– Son oyunu Qubada “İmişli”yə qarşı keçirmisiniz və çox güc sərf etmişdiniz. Bu, matça necə təsir edəcək?
– Kubokla bağlı daha əvvəl ən çox narazılıq edən baş məşqçi mənəm. Hər mövsümə 1/8 finaldan başlayırıq. Bu dəfə də rəqibimiz “Neftçi” olmuşdu. Bu gün də final mövsüm bitməmişdir, indi də bundan gileylənirik. “İmişli” səfərində palçıqda oynamaq əlavə yorğunluq yaratdı. Oyuna çox güc qoya bilmədik. Məcbur olduq ki, bəzi futbolçuları dəyişək. Çünki orda 90 dəqiqə oynayan futbolçu hər an zədələnə bilər.

– Həmkarınız Dambrauskasa fərdi duellərdə çox uduzmusunuz. Hansısa qisas düşüncəniz var?
– “Sabah”a bu mövsüm iki dəfə uduzmuşuq. Aqressiyam yoxdur, sevinirəm ki, çempionatımızda onun kimi məşqçi var. Ümid edirəm ki, bir gün eyni şərtlərdə qarşılaşarıq. Bu, mənim üçün daha maraqlı olar.

– Komandada əhval necədir?
– Əhval yaxşıdır. Sabah üçüncü finalımızı oynayacağıq. Futbolçularıma təşəkkür etmək istəyirəm, altı ilimdə üç final gördük. Çempionatda 5 dəfə ikinci, 1 dəfə üçüncü olmuşuq. Kubokda medallar uğrunda mübarizə aparmışıq. Liqada son iki ilin gümüş mükafatçılarıyıq. Şəraiti nəzərə alsaq, futbolçulara çox sağ ol düşür. Yayda

– Penaltilər seriyasına hazırlaşmısınız?
– Bəli, təbii olaraq. Mən də Dambrauskasın yerində olsaydım, penaltilərə hazırlaşmazdım. Düşünürəm ki, sabahkı finalda oyun penaltilərə getsə, bizimçün uğurlu ola bilər. Biz də istərdik ki, qələbəni 90 dəqiqədə qazanaq. Liqada “İmişli” ilə matçda xal itirdik və liqa yolu ilə avrokuboklara getmək şanslarımızı azaltdıq. Orda fərqli gedişlər edə bilərdik, amma kuboka görə saxladıq. Əsas diqqətimiz burdadır. Futbolçularıma bu illərdə göstərdikləri mübarizələrə görə əvvəldən təşəkkür edirəm. Çalışacağıq ki, bu mövsümü də yaxşı yerdə bitirək. Nəticədən asılı olmayaraq, futbolçulardan qürur duyuram.

– Futbolçuların ümumi durumu necədir?
– Müəyyən problemlər var, bu gün də Hacıağa Hacılı zədələndi. Bu da “İmişli” səfərindəki yorğunluqla bağlıdır. Üzərimizdə aprel ayının yorğunluğu da var. Stressli matçlar keçirdik. Rəqib isə daha rahatdır, hazırlıq üçün çox vaxtları olub. Hər şeyə sıfırdan başlayacağıq.

– Hacıağa sabah meydanda olacaq?
– Yəqin ki, yox. Hacıağa bizim üçün çox önəmli idi.

– Enrike sizin sisteminizdə çoxlu işlər görür. Amma sabah o da olmayacaq. Bu, sizə nə dərəcə problem yarada bilər?
– Enrikenin yoxluğu ciddi sıxıntılar yaratdı. Məcburiyyətdən İssa Cibrillanı ardıcıl oynatdıq, çox güc sərf etdilər. Cinah futbolçularının üzərinə böyük iş düşdü. Enrikenin yoxluğu böyük itkidir. Həm hücumda, həm müdafiədə effektiv oynayırdı.

Azərbaycan Kuboku: Final matçının təyinatları açıqlanıb "Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi "Neftçi"dən qapıçı qərarı: MÜQAVİLƏ İMZALANACAQ "Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırıb - rəsmi Azərbaycan Kubokunun finalı: "Sabah" və "Zirə" 31-ci dəfə üz-üzə gələcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 May 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri