Rəşad Sadıqov: “Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde"yə (Estoniya) qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.
İdman.Biz-in məlumatına görə, o, ilk matçdakı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandasının növbəti mərhələyə yüksəlmək üçün bütün imkanlarını səfərbər edəcəyini deyib.
"İlk oyunda 0:1 hesabı ilə uduzmuşuq. Sabah əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq", – deyə Sadıqov bildirib.
Təcrübəli mütəxəssis rəqibi də yüksək qiymətləndirib:
"Bu mərhələdə zəif rəqib olmur. "Payde" təcrübəli komandadır, baş məşqçiləri də kifayət qədər təcrübəyə malikdir. Onların hansı planla meydana çıxacağını bilmirik. Buna baxmayaraq, əsas məqsədimiz öz oyunumuzu nümayiş etdirməkdir".
Qeyd edək ki, "Zirə" – "Payde" cavab qarşılaşması sabah saat 20:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Estoniyada baş tutan ilk oyunda "Payde" 1:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 29 İyul 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















