Rəşad Sadıqovu sarsıdan hadisə dərd gələndə batmanla gəlir!
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo" ilə qarşılaşacaq "Zirə" ciddi problemlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, "qartallar"ın bu yay heyətinə cəlb etdiyi Maykon Kleyton məşqdə zədələnib. Tyaqo Silvanın ayrılığının ardından transfer olunan qapıçının sıradan çıxması qəsəbə təmsilçisinin işini çətinə salıb.
Düzdü, klub bir neçə gün əvvəl "İmişli"dən Hüseynəli Quliyevi alıb. Ancaq onun "pələnglər"də əsas qapıçı olmadığı bəllidi. Bu üzdən 26 yaşlı qolkiperə avrokubok matçlarında güvənilməyəcək. O, ancaq zərurət yarandığı halda, "çərçivə"də görünə bilər.
Böyük ehtimalla, "Zirə"nin Konfrans Liqası görüşlərində Aydın Bayramov şans qazanacaq. Ona görə ki, Kleytonun yaşıl meydanlara azı bir ay sonra qayıdacağı gözlənilir.
Xatırladaq ki, "Zirə" iyulun 8-də Gürcüstan “Torpedo”su ilə üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq. Cavab matçı iyulun 16-sı, saat 20.00-da Kutaisidə yerləşən Ramaz Şengeliya adına stadionda keçiriləcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 06 İyul 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















