Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Avropa İttifaqında genişlənmə: ənənəvi dəyərlər və təhlükəsizlik

Avropa İttifaqında genişlənmə: ənənəvi dəyərlər və təhlükəsizlik

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ermənistan baş nazirinin Brüssel səfərinin yarada biləcəyi qısqanclıq

Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews” telekanalının “Avropanın gələcəyi” devizi altında keçirdiyi “Avropa İttifaqının genişlənməsi–2026” sammitində iştirak üçün Brüsselə yollanıb. Avropa liderlərinin, siyasətçilərin və ekspertlərin qatıldıqları tədbirdə Aİ-nin genişlənmə perspektivləri, strateji muxtariyyəti və təhlükəsizlik məsələləri, demokratik islahatlar, eləcə də namizəd ölkələrin quruma üzvlüyü istiqamətində keçdiyi yol ətrafında müzakirə aparılıb.

Qeyd edək ki, sammit Aİ-nin rəsmi toplantıları sırasında olmasa da, qurum rəsmilərinin müzakirələrdə iştirakı, habelə tədbirin diskussiya parametrləri maraq doğurmaqdadır. Əlbəttə, Ermənistan kontekstində yanaşsaq, Paşinyanın Brüssel səfərinin Rusiyada qıcıq yaradacağını da söyləmək mümkündür. Amma məqsədimiz bunu vurğulamaq deyil.

Hazırda Aİ-nin genişlənməsi artıq yalnız yeni dövlətlərin quruma üzvlüyü ilə bağlı texniki və institusional proses deyil. Məsələ xeyli dərəcədə Avropanın gələcək geosiyasi xəritəsinin, təhlükəsizlik arxitekturasının, iqtisadi təsir dairəsinin və ideoloji identikliyinin müəyyənləşdirilməsi uğrunda mübarizənin mühüm istiqamətinə çevrilib. Yəni sözügedən sammit məhz belə bir mürəkkəb beynəlxalq şərait baxımından dəyərləndirilməlidir. Mövcud fonda isə sual yaranır: Aİ gələcəkdə hansı siyasi sərhədlərə və təhlükəsizlik prinsiplərinə, həmçinin hansı geosiyasi ambisiyalara malik olacaq? Məsələ ondadır ki, son illər Avropa ətrafında baş verən geosiyasi proseslər, Rusiya-Ukrayna müharibəsi, ABŞ-ın “köhnə qitə” ilə münasibətlərində meydana çıxan yeni yanaşmalar, enerji təhlükəsizliyi, qlobal rəqabət və beynəlxalq güc mərkəzlərinin dəyişən münasibətləri Aİ-ni gələcəyinə yenidən baxmağa vadar edib. Deməli, genişlənmə məsələsi Brüssel üçün təkcə siyasi nüfuzun artırılması deyil, həm də Avropanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini qoruyub saxlamaq vasitəsidir. Buna görə də Aİ-nin bu siyasətində yaşanan dəyişikliklərin mahiyyətini anlamaq şərtdir.

Avropanın Birləşmiş Ştatlarla rəqabətinə gəldikdə, burada onun hakim siyasi industriyasının Vaşinqtona qarşı gizli müqavimət formalaşdırmağa çalışdığı vurğulanmalıdır. Axı hazırda qitə ABŞ Prezidenti Donald Trampın bu məkandakı dövlətləri gözdən salan ritorikası ilə üz-üzədir. Ağ Ev rəhbərinin danlaqları və tənəli, saymazyana rəftarı müşahidə olunmaqdadır. Bu rəftar iqtisadi gücə əsaslanır. İqtisadi güc isə ideoloji struktura təsir göstərir. Deməli, barəsində söz açdığımız müqavimətin immunitet paradiqması olmalıdır və sözügedən sammitə bənzər tədbirlər müəyyən mənada həm də iqtisadi gücü hədəfləyən ideoloji anlam daşıyır. İdeoloji anlamdan söz düşmüşkən, Avropa Komissiyasının 2025-ci il genişlənmə siyasəti üzrə sənədində proses Avropanın təhlükəsizliyinə, rifahına və demokratik dəyərlərinə xidmət edən mühüm geosiyasi alət qismində təqdim edilir. Həmin sənəddə namizəd dövlətlərdən yalnız institusional islahatlar deyil, həm də Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti ilə uyğunlaşma tələb olunur. Yeri gəlmişkən, Ermənistan da quruma üzvlük yolundadır və vurğuladığımız tələb onun qarşısında yeni siyasi məsuliyyət yaradır. Yəni Aİ-yə qoşulmaq istəyən dövlətlər təkcə iqtisadi və hüquqi standartları qəbul etməməli, həm də beynəlxalq münasibətlərdə Brüsselin strateji prioritetləri ilə uzlaşan mövqe ortaya qoymalıdırlar. Rəhbər direktiv budur və belə bir siyasi ortam İrəvan üçün fərqli gündəlik formalaşdıra bilər. Məsələyə qayıdacağıq. Hələlik onu bildirək ki, Rusiya-Ukrayna müharibəsi də Aİ-nin strateji prioritetlərinə yanaşmanın əhəmiyyətini artırıb. Ukraynanın təhlükəsizliyi, Moldovanın geosiyasi istiqaməti, qərbi Balkanlarda sabitlik və Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşması qurumun genişlənmə siyasətini daha geniş təhlükəsizlik strategiyasının tərkib hissəsinə çevirib. Mövcud məqam Avropa Parlamentinin 2026-cı il martın 11-də qəbul etdiyi genişlənmə strategiyası ilə bağlı qətnamədə də göstərilir.

***

Beləliklə, Brüssel üçün bir-birinə bağlı iki məqsəd yaranır. Birincisi, Avropanın siyasi-iqtisadi məkanını böyütmək, ikincisi, bu məkanın təhlükəsizlik sərhədlərini möhkəmləndirməklə vahid ideoloji xəttini müəyyənləşdirmək. Bu baxımdan “Avropa İttifaqının genişlənməsi – 2026” sammitinin strateji muxtariyyətlə bağlı müzakirə predmeti maraq doğurmaya bilməz. İstər-istəməz sual yaranır: Avropa gələcəyini özü müəyyənləşdirə biləcəkmi? Məlumdur ki, strateji muxtariyyət Aİ-nin beynəlxalq siyasətdə, müdafiə, enerji, texnologiya, sənaye və iqtisadiyyat sahələrində xarici güc mərkəzlərindən asılılığını azaltmaq, müstəqil qərarvermə imkanlarını genişləndirmək niyyətindən qaynaqlanır. Amma...

“Əmma”sı ondadır ki, hazırkı reallıqda Avropanın təhlükəsizliyinin əsas dayaqlarından biri NATO və ABŞ-la transatlantik əməkdaşlıqdır. Dəyişən beynəlxalq münasibətlər sistemi isə Brüsseldən özünün müdafiə imkanlarını, iqtisadi dayanıqlılığı və siyasi manevr potensialını artırmağı tələb edir. Deməli, strateji muxtariyyət bir tərəfdən ABŞ-ın iqtisadi təsirindən uzaqlaşmaq çağırışıdır, digər yandan Avropanın müttəfiqlik münasibətləri daxilində daha müstəqil fəaliyyət qabiliyyəti qazanması cəhdi. Bu baxımdan, genişlənmə ilə strateji muxtariyyət arasında birbaşa əlaqənin mövcudluğunu söyləyə bilərik.

Yəni mövcud trayektoriyada Aİ-nin potensial yeni üzvlərinin, yaxud Emənistan kimi üzvlüyə can atanların Avropanın iqtisadi gücünü, enerji və nəqliyyat imkanlarını, insan resurslarını, eyni zamanda, siyasi və təhlükəsizlik məsuliyyətlərini artırması hədəfi ortaya çıxır. Hərçənd, daha bir “əmma” da var: əgər Aİ yeni üzvlər hesabına genişlənməni prioritet sayırsa, onların sayının çoxluğu qərarların qəbulu mexanizmini mürəkkəbləşdirməsi mümkündür. Belə nəticə hasil olur ki, Aİ-nin öz institusional idarə strukturunu, bir növ, islah etməsi də genişlənmə gündəliyinin ayrılmaz tərkib hissəsi olmalıdır. Başçlıca sual isə buna gedilib-gedilməyəcəyi ilə bağlıdır.

Avropanın ABŞ-la gizli, Rusiya ilə açıq rəqabəti fonunda prioritetləri ümumiləşdirsək, Aİ-nin genişlənməsinin əsas ideoloji məzmununun qurumun siyasi nüfuzunu artırmaq, təhlükəsizlik sərhədlərini möhkəmləndirmək və qlobal rəqabətdə mövqelərini qorumaq məqsədlərinin reallaşmasına hesablandığını söyləyə bilərik. Lakin bu məqsədlərin həyata vəsiqə alması təkcə yeni üzvlərin qəbulundan və əvvəldə sadaladığımız digər amillərdən asılı deyil. Avropanın qarşısında daxili siyasi həmrəyliyin qorunması, iqtisadi rəqabət qabiliyyətinin artırılması, müdafiə potensialının gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və xarici siyasətdə daha ardıcıl mövqenin formalaşdırılması kimi ciddi vəzifələr dayanır. Burada daha bir prinsipial məsələ var: Aİ genişlənməklə dəyərlərini yaymaq istəyirsə, ilk növbədə, həmin dəyərlərin öz siyasi fəaliyyətində ardıcıl tətbiqinə nail olmalı, ikili standartlardan uzaq durmalıdır. Bunun üçün beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə, ərazi bütövlüyünə, ümumi siyasi dialoq konsepsiyasına hörmət ön planda dayanmalıdır.

Sonda N.Paşinyanın “Euronews” telekanalının təşkil etdiyi “Avropanın gələcəyi” devizli “Avropa İttifaqının genişlənməsi – 2026” sammitinin iştirakçıları sırasında olmasına da toxunaq. Aydındır ki, baş nazirin tədbirə dəvət olunmasında həlledici məqam toplantının adındakı genişlənmədir. Ermənistanın Aİ-yə doğru can atmasından söz açdıq. Üstəlik, İrəvanın timsalında sammitin Cənubi Qafqaz kontekstinin mövcudluğu da şübhəsizdir. O kontekst ki, onunla bağlı söz açılmasına ehtiyac varsa, böyük ölçüdə yada düşən Ermənistan yox, Azərbaycandır. Baxmayaraq ki, ölkəmiz Aİ üzvlüyünə can atmağı deyil, onunla əməkdaşlığa üstünlük verir və təcrübə də göstərir ki, bu amplua, eyni zamanda, sığortadır.

Bəli, rəsmi Bakı təkcə Aİ və onun strukturlarının deyil, ümumən, bütün beynəlxalq qurumların müstəqil dövlətlərin işinə qarışmamaq, onların suverenliklərinə hörmətlə yanaşmaq prinsipiallığını rəhbər tutur. Digər tərəfdən, hazırda Azərbaycanın Avropa üçün önəmi son dərəcə böyükdür və bu baxımdan müxtəlif məqamların üzərində dayanmaq mümkündür. Amma həmin məqamları yada salmağa ehtiyac duymur, təkcə onu bildiririk ki, ölkəmiz “köhnə qitə”nin enerji təhlükəsizliyində müstəsna əhəmiyyətə malikdir.

Ermənistana gəldikdə, ölkə son illər xarici siyasət istiqamətlərinin yenidən nəzərdən keçirilməsinə, Rusiya ilə ənənəvi təhlükəsizlik münasibətlərinin transformasiyasına üstünlük verir və Aİ-yə yaxınlaşmaq kursu bu xətdən qaynaqlanır. Xatırladaq ki, Ermənistan parlamenti 2025-ci ilin martında Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Doğrudur, bu qanun formal üzvlük müraciəti deyil. Buna görə də rəsmi İrəvan qarşısında Avropa inteqrasiyasına dair siyasi niyyətləri konkret institusional və hüquqi öhdəliklərə çevirmək vəzifəsi dayanır. Lakin mövcud kontekstdə ciddi ziddiyyət də var. Ermənistanın Avropa inteqrasiyası ilə Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqında üzvlüyünü paralel davam etdirməsi uzunmüddətli perspektivdə çətin uzlaşan siyasi-iqtisadi seçimlər yaradacaq və bu məqam Paşinyan hökuməti tərəfindən də etiraf edilir. Deməli, İrəvan seçim etməlidir. Paşinyanın Brüssel səfəri də böyük anlamda seçim üçün dəyərləndirmə aparmaq məramının təzahürüdür.

Əvəz CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri