DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri SAXLADI
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
DTX tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, həyata keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının sakini tərəfindən dron vasitəsilə Biləsuvar rayonunun Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığında xüsusilə külli miqdarda narkotik vasitələrinin qaçaq yolla keçirilməsinin təşkil edildiyi müəyyən olunmuşdur.
Keçirilmiş tədbirlər çərçivəsində narkotik vasitələri ərazidən götürüb sonradan satışını təşkil etmək məqsədilə gələn Azərbaycan Respublikası vətəndaşları Bədəlov Rüfət Bayram oğlu və Muxtarov Rüstəm Əli oğlu cinayət başında yaxalanaraq saxlanılmış, onlardan 14 kq 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək aşkar edilərək götürülmüşdür.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 05 Noyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















