Rəsmi Bakı ABŞ ın 907 ci düzəlişin tam ləğv edilməsi üçün əməli addımlar atacağına ümidvardır
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“ABŞ-a səfərin tarixi və simvolik əhəmiyyətli digər bir məqamı ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncamın məhz cənab Prezident İlham Əliyevin iştirakı ilə imzalanmasıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
“Hər kəsə yaxşı məlumdur ki, 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan etmiş, ölkəmizə qarşı açıq ayrı-seçkilik xarakteri daşıyan ədalətsiz bir addım olub. Bu düzəliş ikitərəfli əlaqələrimizdə çətinlik yaradan bir faktordur.
ABŞ Prezidenti tərəfindən atılan bu addım Azərbaycan-ABŞ tərəfdaşlığının real mahiyyətini əks etdirir, iki ölkə arasında qarşılıqlı etimadı və strateji əməkdaşlığı daha da möhkəmləndirir. Bu addım ABŞ-la yeni əməkdaşlıq dövrünün başlanmasının göstəricisidir. Ümidvarıq ki, Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, ölkəmizin geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfi bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacaq”, - Ayxan Hacızadə qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Noyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















