Rəsmi Bakı: Avropa İttifaqının ErmənistanAzərbaycan sərhədindəki missiyasının fəaliyyəti artıq başa çatmalıdır
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktordur.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Azərbaycan tərəfi qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmür:
“Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının hər hansı missiyasının yerləşdirilməsi üçün lüzum görmürük. Həmin missiyanın fəaliyyəti artıq başa çatmalıdır. Missiyanın yerləşdirilməsi Praqada Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun, eləcə də Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmışdı. O missiya qısamüddətli olmalı idi. Biz gördüyümüz kimi bu, davamlı bir missiyaya çevrilir və tərkibi, habelə coğrafi mandat ərazisi genişləndirilir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmürük. Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik. Bu, narahatlıq doğuran faktordur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Dekabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















