Rəsmi İrəvan: Ermənistan Sülh Şurasının Nizamnaməsini ödənişsiz əsasda imzalayıb
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
Ermənistan Sülh Şurasının Nizamnaməsini ödənişsiz əsasda imzalayıb.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar üzvlük haqqının ödənilməsinin lazım olduğuna dair müzakirələrə cavab olaraq bildirib.
“Sülh Şurasının Nizamnaməsi Şuraya könüllü maliyyə yardımları əsasında üzvlüyü nəzərdə tutur. ABŞ Prezidenti Tramp tərəfindən dəvət edilən ölkə Şuraya üç ilə qədər müddətə aydın şəkildə müəyyən edilmiş üzvlük haqqı olmadan qoşula bilər və bu müddət bitdikdən sonra müəyyən edilmiş prosedura uyğun olaraq yenidən baxıla bilər”, - o qeyd edib.
Badalyanın sözlərinə görə, Ermənistan hökuməti bu əsaslarla Sülh Şurasına üzvlüyü təsdiqləyib.
XİN rəsmisi vurğulayıb ki, üzvlük haqqı könüllüdür və hər hansı bir ölkənin Nizamnaməsi qüvvəyə mindikdən sonra bir il ərzində daimi üzv olmaq istəyini bildirməsi halında tətbiq olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















