Icma.az
close
up
RU
Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir ŞƏRH AZƏRTAC

Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Ermənistan regionda sülhün tərəfdarıdırsa, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Rəsmi İrəvan sözdə sülh tərəfdarı olduğunu bəyan etsə də, bu istiqamətdə praktiki addımlar atmır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sülh prosesi ilə bağlı mövcud mənzərəni şərh edib, dövlətimizin mövqeyini bir daha diqqətə çatdırıb. Bundan sonra Ermənistanın baş naziri sülh üçün hansısa “təkliflərlə” çıxış etdi. Əslində, bütün bunlar erməni tərəfinin bu mövzuda spekulyasiyanı davam etdirməsidir. İlk növbədə, Ermənistan ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır. Çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə rəsmi xəbərdarlıq edib. Doğrudur, Ermənistanın hakimiyyət orqanları bu faktın guya Azərbaycana qarşı ərazi iddiası anlamına gəlmədiyini deyir. Lakin təkcə bir fakt – 1998-ci ildə Robert Köçəryanın Ermənistanın prezidenti seçilməsi üçün bu ölkənin parlamentinin “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” haqqında qəbul etdiyi sənədə istinad edilməsi rəsmi İrəvanın “əsaslandırmalarını” ifşa edir. Yəni, belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də, Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir.

Milli Məclisin deputatının sözlərinə görə, erməni tərəfinin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ortaya qoyduğu son yanaşma da suallar doğurur. Minsk qrupunun ləğvi üçün heç bir şərt ola bilməz. Çünki faktiki olaraq 44 günlük Vətən müharibəsindən sonra belə bir təsisat fəaliyyət göstərmir. ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Minsk qrupu ona verilmiş mandat əsasında münaqişənin həllinə nail olmadı. Minsk qrupu həmsədr ölkələrinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə yerinə yetirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo güc yolu ilə, Azərbaycan dövlətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirildi. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etməyiblər. Həmsədrlər vaxtaşırı bölgəyə səfərdən, müəyyən ideyalarla çıxış etməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görməyiblər. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq Minsk qrupunun fəaliyyətindən həmişə narazı olub. Artıq bu məsələlər geridə qalıb. Çünki Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Belə olan halda, Ermənistanın Minsk qrupu ilə bağlı hansısa spekulyasiya qəbulolunmazdır.

“Digər bir narahatedici məqam isə rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir. Məlumdur ki, Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür. Amma Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Yəni, Azərbaycanın bütün şərtləri yerinə yetirilməlidir. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri