Icma.az
close
up
RU
Rəsmi işsizlər 2026 cı ildən sığorta haqqı ödəyəcək, bu, düzgün deyil Professor

Rəsmi işsizlər 2026 cı ildən sığorta haqqı ödəyəcək, bu, düzgün deyil Professor

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bunun adını qoyurlar ki, guya qeyri-formal əmək fəaliyyəti ilə mübarizə aparmaqdır, amma faktiki olaraq, işləməyən vətəndaşların vəziyyətini ağırlaşdırırlar

Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.

Bu, Milli Məclisin dünənki iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər. Qeyd edilən şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq. Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.

Qeyri-formal məşğulluq Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Görünür, işləyən insanların ödədiyi sığorta haqqı ilə başqalarının müalicə olunması hökumət tərəfindən məqbul sayılmır. Əslində, bir çox ölkədə belə bir praktika var. Ancaq bunun nə qədər sosial ədalət prinsipinə uyğun olduğu təbii ki, suallar yaradır. 

Parlamentarilər isə hesab edir ki, burada əsas məqsəd qeyri-formal məşğulluğun azaldılması və əmək bazarının “ağardılması”dır. Dövlət tərəfindən hazırda uşaqlar, tələbələr, pensiyaçılar və sağlamlıq imkanları məhdud şəxslər tam şəkildə sığortalanır. Lakin əmək müqaviləsi olmadan işləyən və ya gəlir əldə edən şəxslərin öz sığorta haqlarını ödəməsi mexanizmi formalaşdırılır. Bu, həm sosial ədalət, həm də iqtisadi şəffaflıq üçün vacib addımdır.

Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında Azərbaycanda İcbari Tibbi Sığorta sisteminin tətbiqi ilə bağlı ciddi problemlər yaşandığını deyib. Onun sözlərinə görə, bu sistemin tətbiqi zamanı əsas məqsəd az gəlirli və xüsusi ehtiyaclı qruplarının, xüsusən də işsizlərin, tələbələrin, pensiyaçıların və təkuşaqlı anaların tibbi xidmətlərlə təmin olunması olmalı idi:

“Yavaş-yavaş isə əhalinin digər kateqoriyaları da daxil edilə bilərdi. Amma təəssüflər olsun ki, Azərbaycanda bunlar hesablanmadı və nəticədə İcbari Tibbi Sığorta dalana dirəndi.  Hazırkı reallıqda bu kateqoriyadan olan insanlar hələ də sığorta sistemində kifayət qədər əhatə olunmayıb. Nəticədə, sistem planlaşdırıldığı kimi geniş və effektiv şəkildə işləyə bilmir.

Ölkə iqtisaiyyatını da nəzərə alsaq, hökumətin gec-tez bu cür qərar qəbul edəcəyi gözlənilən idi. 

Təklif edilən qaydalara görə, 2026-cı ildən rəsmi işsiz sayılan şəxslər İcbari Tibbi Sığorta üçün müəyyən ödəniş etməli olacaqlar. Bu, düzgün deyil. O qədər işsiz, qeydiyyata düşə bilməyən insanlar var. Onların sağlamlığını düşünmək lazımdır. Rəsmi qeydiyyata düşməyən insanların böyük bir hissəsi bu ödənişi etməkdə çətinlik çəkəcək. Halbuki elə icbari tibbi xidmətlərdən daha çox aztəminatlı ailələr faydalanır. Normal işi, imkanı olan insanlar bu xidmətdən yararlanmır. Yəni bunun adını qoyurlar ki, guya qeyri-formal əmək fəaliyyəti ilə mübarizə aparmaqdır, amma faktiki olaraq, doğrudan da, işləməyən vətəndaşların vəziyyətini ağırlaşdırırlar”. 

A.Qeybullanın fikrincə, hazırkı tətbiq mexanizmi həm sosial ədalət baxımından, həm də sistemin effektivliyi baxımından bir sıra çatışmazlıqlar nümayiş etdirir. O qeyd edib ki, icbari tibbi sığortanın mərhələli şəkildə, prioritet qruplar nəzərə alınmaqla tətbiqi daha məqsədəuyğun olardı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Noyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri