Icma.az
close
up
RU
RƏSMİ: İTS özəl klinikalara 800 milyon pul ödəyib Bu vəsait kimlər arasında bölünüb?

RƏSMİ: İTS özəl klinikalara 800 milyon pul ödəyib Bu vəsait kimlər arasında bölünüb?

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən bu gün 4 il keçir.


Medicina.az xəbər verir ki, İTS dünən yaydığı hesabatda maraqlı rəqəmlər təqdim edib.

Məlum olub ki, 1 aprel 2021-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində 78 milyon 664 mindən çox müraciət üzrə vətəndaşlara 235 milyon 242 mindən çox tibbi xidmət göstərilib. Tibbi xidmətin 86%-i ambulator şəraitdə, 14%-i isə stasionar şəraitdə göstərilib.

Ən çox müraciət edilən tibbi xidmətlər sırasında ilk yerdə ümumi tibbi baxış, profilaktik müayinələr (18 yaşa qədər), qan dövranı, endokrin, tənəffüs və həzm sisteminin xəstəlikləri ilə bağlı olub. Ən çox icra olunan əməliyyatlar doğuş və ginekoloji proseduralar, sidik cinsiyyət, ürək-damar, oftalmoloji və həzm sistemi xəstəliklərinin cərrahi müalicəsi ilə bağlı olub.

2021-2024-cü illər ərzində icbari tibbi sığorta ilə tibbi xidmət alan pasiyentlərin sayı artan xətlə davam edib. Belə ki 2021-ci illə müqayisədə 2024-cü ildə tibbi xidmət almış pasiyentlərin sayında  29% artım qeydə alınıb.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. 2021-ci ildən etibarən göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıb.

2021-2024-cü illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müqaviləli özəl və sahəvi tibb müəssisələrinə 798 milyon 952 min manatdan çox, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə isə göstərilən tibbi xidmətlər müqabilində 1 milyard 553 milyon 291 min manatdan çox məbləğdə ödəniş həyata keçirilib.

Bəs görəsən, 798 milyon 952 min manat hansı özəl klinikalara ödənilib? Əksər özəl klinika gəlirlərinin azalması, hətta bağlanmaq təhlükəsində olduğunu bar-bar bağırdığı halda 800 milyona yaxın vəsait hansı bəxtəvərə nəsib olub?

Bu vəsaitin neçə faizi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimlinin və “Yeni Klinika”nın direktoru Barat Yusifovun nəzarətində olan klinikalar şəbəkəsinə yatırılıb?

Bu barədə, umumiyyətlə, səhiyyədə olan monopoloiya ilə bağlı mediada və sosial şəbəkələrdə təqdim olunan faktlarla barədə rəsmi qurumlara sorğu ünvanlamışıq, cavablarını təqdim edəcəyik.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 03 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri