Icma.az
close
up
RU
Rəsmi maaş alanlar bu ödənişlərdən azad olunacaq? Vacib açıqlama

Rəsmi maaş alanlar bu ödənişlərdən azad olunacaq? Vacib açıqlama

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda bir çox vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişir. Bu halda, onların pensiya kapitalına yığılan vəsaitin aqibəti qeyri-müəyyən qalır, çünki həyat yoldaşı bəzən həmin vəsaiti ala bilmir və pul büdcədə saxlanılır.

Eyni zamanda, rəsmi işləyənlərin maaşından avtomatik olaraq sığorta, pensiya və vergi üçün müəyyən hissələr tutulur. Belə halda könüllü pensiya sistemindən imtina edib yalnız vergi ödəmək mümkündürmü?

Əgər vətəndaş könüllü pensiya hesabına qatılmaq istəmirsə, sadəcə, vergi ödənişi ilə rəsmi maaş alması mümkündürmü?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, hazırda Azərbaycanda pensiya sistemi Dövlət Sosial Müdafiə Fondu tərəfindən idarə olunan məcburi dövlət sosial sığorta prinsipi ilə işləyir:

“Hələ ölkəmizdə könüllü pensiya seqmenti fəaliyyət göstərmir. Söhbət dövlətin məcburi pensiya sistemindən gedirsə, hüquqi olaraq imtina mümkün deyil. Rəsmi əmək müqaviləsi ilə işləyən bütün şəxslər dövlət sosial sığorta haqqı, o cümlədən də, gəlir vergisi, işsizlik sığortası, icbari tibbi sığorta haqqı ödəməyə məcburdur. Məsələn, şəxs rəsmi əmək müqaviləsi ilə işləyir, lakin sosial sığorta tutulmasından imtina edir. Bu imtinanın heç bir hüquqi qüvvəsi olmayacaq. İşəgötürən yenə də sosial sığorta haqqını tutmağa məcburdur. Tutulmazsa və bu qanun pozuntusu vergi yoxlamaları zamanı aşkar edilərsə işəgötürən cərimələnə bilər, geriyə dönük borc hesablanar, əlavə maliyyə sanksiyaları tətbiq olunar və s.”

Vüsalə Əhmədova

İqtisadçının sözlərinə görə, yalnız rəsmi əmək müqaviləsi olmadan işləyənlərin pensiya sisteminə qatılmaması mümkündür:

“Məsələn, Qərb ölkələrində, o cümlədən də, Amerika və Türkiyədə dövlət pensiya sistemi, özəl və ya korporativ pensiya modelləri paralel işləyir. Xüsusilə yüksək gəlirli və ya özünüməşğul şəxslər üçün müəyyən alternativ rejimlər mövcuddur. Bu ölkələrdə də dövlət pensiya sistemindən tam imtina etmək mümkün olmur (bəzi istisnalar var əlbəttə), amma iş yerinin özəl pensiya proqramından çıxması mümkündür. Dövlət pensiya sistemi bir növ minimum təminat rolunu oynayır”.

Pensiya kapitalına yığılan vəsaitin aqibətinə gəlincə, V.Əhmədova bildirib ki, pensiya kapitalı fərdi hesabda toplansa da, bu, tam mənada bank əmanəti kimi sərbəst miras qalan vəsait sayılmır:

“Əgər şəxs pensiya yaşına çatmadan vəfat edərsə, onun fərdi hesabındakı vəsait qanuni vərəsələrə o halda verilə bilər ki, rəsmi qaydada tələb olunsun. Bunun üçün notarial qaydada vərəsəlik hüququ rəsmiləşdirilməlidir. Əgər müraciət edilməsə və ya hüquqi prosedur tamamlanmasa, bəli, vəsait sistem daxilində qalacaq. Yəni avtomatik vərəsələrə keçməyəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Fevral 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri