Icma.az
close
up
RU
Rəsmi Tehran Pakistandakı danışıqların detallarını açıqladı: ABŞ rəsmiləri ilə görüş gözlənilmir

Rəsmi Tehran Pakistandakı danışıqların detallarını açıqladı: ABŞ rəsmiləri ilə görüş gözlənilmir

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

İranın xarici işlər naziri Abbas Əraqçı Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.

Turkustan.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai sosial şəbəkə hesabında məlumat verib.

"İran və ABŞ arasında görüş planlaşdırılmır, çünki rəsmi Tehranın şərtləri Pakistana çatdırılacaq", - deyə XİN rəsmisi bildirib.

Bəqai vurğulayıb ki, Əraqçı yalnız Yaxın Şərqdəki münaqişənin dayandırılması üçün İslamabadın vasitəçilik səyləri çərçivəsində pakistanlı yüksəkrütbəli nümayəndələrlə ünsiyyət quracaq.

Daha əvvəl "Axios"un əməkdaşı Barak Ravid mənbələrə istinadən ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçiriləcəyini bildirmişdi. Öz növbəsində Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun və iş adamı Cared Kuşnerin İran tərəfini dinləmək üçün aprelin 25-də İslamabada yola düşəcəklərini bəyan etmişdi.

Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələdə - nüvə proqramı və Hörmüz boğazı barədə razılığa gələ bilməyiblər. Ertəsi gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla İranın nüvə proqramı mövzusunda razılaşa bilmədiyini bəyan edib, bununla əlaqədar Amerika hərbçiləri İslam Respublikasının dəniz blokadasına başlayıblar. İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens rəhbərlik edib. Ondan başqa, qrupun tərkibində dövlət başçısının xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner olub. İran nümayəndə heyətinə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və XİN rəhbəri Abbas Əraqçı başçılıq ediblər./oxu.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Aprel 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri