Icma.az
close
up
RU
Respublika Uşaq Kitabxanası 60 ildir uşaqların maariflənməsinə xidmət edir

Respublika Uşaq Kitabxanası 60 ildir uşaqların maariflənməsinə xidmət edir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Bu il Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yaranmasının 60 ili tamam olur. Yarandığı gündən tarixlə gələcək arasında körpü rolunu oynayan bu nüfuzlu elm məbədi minlərlə uşağın maariflənməsində, oxu vərdişlərinin formalaşmasında və ədəbiyyata sevginin aşılanmasında mühüm rol oynayıb. Kitabxana 1967-ci ildən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər ziyalı Firidun bəy Köçərlinin adını daşıyır.

AZƏRTAC-ın əməkdaşları belə bir ərəfədə bu bilik və zəka məbədinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün kitabxanaya baş çəkib.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova görülən işlər, keçirilən tədbirlər, reallaşdırılan layihələr, qurulan əməkdaşlıq əlaqələri və qarşıdakı planlar barədə geniş məlumat verib.

Qeyd edilib ki, uşaqlar kitabxanada ən müasir texnologiya və metodlardan istifadə edir, nağıl otağında təşkil olunan "Nağıl saatları"nda təkcə milli nağıllarımızı deyil, dünya nağıllarını dinləyir, müzakirə edir, dünyagörüşlərini təkmilləşdirirlər.

Oxucuların informasiya tələbatının ödənilməsi ilə bağlı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisini - "Uşaq kitab karvanı" layihəsini uğurla həyata keçirir. 2011-ci ildən həyata keçirilən bu layihəsi çərçivəsində artıq 41 rayona kitab karvanı yola düşmüş, 28 min 400 nüsxə kitab əyalət kitabxanalarına hədiyyə edilib.

Bildirilib ki, kitabxananın Milli ədəbiyyat və ölkəşünaslıq şöbəsində "Qızıl fond"a daxil olan 1700-ə yaxın kitab qorunur. Bura ötən əsrin 20-ci illərindən 90-ci illərinə qədər yalnız bir dəfə nəşr olunmuş kitablar daxildir.

Söhbət əsnasında öyrənirik ki, son illər kitabxana tərəfindən çoxlu sayda yeni nəşrlər işıq üzü görüb. Həmçinin 2014-cü ildə müxtəlif qurumların birgə təşkilatçılığı ilə kitabxanada görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün dil kursları və informasiya mərkəzi açılıb.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2019-cu ildən etibarən uşaqlar üçün inklüziv mütaliə mühitinin yaradılması məqsədilə bir sıra mühüm layihələr həyata keçirir. Bu layihələr çərçivəsində əsas diqqət sağlamlıq imkanları məhdud – görmə, eşitmə və nitq məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası və bərabər informasiya əldə etmə imkanlarının təmin olunmasına yönəlib. “Hər uşağın nağıl payı”, “Oxu saatı” və “Bərpa nəşr” layihələri çərçivəsində Azərbaycan və dünya uşaq ədəbiyyatının seçilmiş nümunələri brayl əlifbasına və işarət dilinə tərcümə edilərək, görmə və eşitmə məhdudiyyətli uşaqlara təqdim olunub.

“Sərhəd bilməyən incəsənət” layihəsi Azərbaycan mədəniyyətinin, xüsusən də milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin xarici ölkələrin uşaqları arasında təbliğinə xidmət edir. Layihə çərçivəsində müxtəlif ölkələrin uşaq kitabxanaları ilə əməkdaşlıq edilir, Novruz bayramı, milli oyunlar, nağıllar və folklor nümunələri təqdim olunur.

“Açıq dərs-Açıq fikir” layihəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın ədəbi və ictimai-siyasi tarixində iz qoymuş şəxsiyyətlərin öyrənilməsi və gənc nəslin milli ruhda tərbiyəsi məqsədilə həyata keçirilir, həmçinin uşaq və yeniyetmələrin intellektual inkişafına, tarixi şəxsiyyətlərə ehtiram hissinin formalaşmasına böyük töhfə verilir.

2012-ci ildən Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının (IBBY) milli bölməsinin üzvü olaraq Respublika Uşaq Kitabxanası hər iki ildən bir yerli uşaq ədəbiyyatının yeni və orijinal nümunələrini Beynəlxalq Uşaq Ədəbiyyatı Müsabiqəsinə təqdim edir. Bu müsabiqə çərçivəsində Azərbaycanın istedadlı uşaq yazıçıları, illüstratorları və nəşriyyatları dünya uşaq ədəbiyyatı mütəxəssisləri tərəfindən qiymətləndirilir və tanıdılır.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2015-ci ildən etibarən uşaqların yaradıcı inkişafını və estetik tərbiyəsini təşviq etmək məqsədilə uşaq və yeniyetmələrin iştirakı ilə musiqili-nağıl tamaşaları təqdim edir. Bu unikal layihə çərçivəsində hazırlanmış səhnə nümunələri həm uşaq ədəbiyyatını, həm də milli-mənəvi dəyərləri təbliğ edir, uşaqlarda özünəinam və yaradıcılıq bacarıqlarının formalaşmasına geniş imkan yaradır.

Burada həmçinin uşaqların və yeniyetmələrin oxu mədəniyyətini inkişaf etdirmək, mütaliəyə marağını artırmaq məqsədilə müxtəlif formatlı tədbirlər, kitab sərgiləri, müsabiqələr, debatlar, festivallar və s. təşkil edilir.

Respublika Uşaq Kitabxanasının 2006-cı ildən təsis etdiyi “Göy qurşağı” nəşri Azərbaycan uşaq mətbuatında özünəməxsus yeri olan maarifləndirici və əyləndirici nəşrlərdən biridir. Rəngarəng məzmunu, zəngin illüstrasiyaları və uşaq psixologiyasına uyğun təqdimat formatı ilə seçilən bu jurnal uşaqların dünyagörüşünün formalaşmasına, dil və yaradıcılıq bacarıqlarının inkişafına kömək edir.

Kitabxanada gördüklərimiz, eşitdiklərimiz bir daha onu deməyə əsas verir ki, 60 illik zaman heç də hədər ötməyib, saymaqla bitməyən bu işlərin həyata keçirilməsində böyük zəhməti olan bu kollektivə biz də yeni-yeni uğurlar arzuladıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri