Icma.az
close
up
RU
Respublikada yaş barama tədarükü davam edir FOTOLAR

Respublikada yaş barama tədarükü davam edir FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Respublikada yaş barama tədarükü davam edir. İyulun 8-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Unikal"a verilən məlumata görə,  hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb.

Zərdab kümçüləri tədarük məntəqələrinə 32,282 ton yaş barama təhvil veriblər. 2025-ci təsərrüfat ilində Zaqatala, Balakən və Ağcabədi rayonlarında da yüksək məhsuldarlıq qeydə alınıb. Bugünədək Zaqatalada 19,147 ton, Balakəndə 17,514 ton, Ağcabədidə 17,141 ton yaş barama tədarük olunub. Şəki (8628 ton), Qax (8029 ton), Bərdə (7343 ton), Füzuli (7254 ton), Tərtər (6540 ton), Ağdaş (5695 ton), Lənkəran (5426 ton) və Sabirabadda (5177 ton) yaş barama istehsalı 5 min tondan artıq olub. 

Qutu başına düşən yaş barama istehsalına görə Zərdab rayonu liderdir. Rayon üzrə orta məhsuldarlıq qutu başına 50 kiloqram yaş barama təşkil edir. Orta məhsuldarlıq göstəricisi Qazax (49 kq), Cəbrayıl (Biləsuvar) (47 kq), Tovuz (46 kq), Zaqatala (43 kq) və Beyləqan (43 kq) rayonlarında da yüksək olub.

Azərbaycanda yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Qeyd edək ki, bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 6000 qutu ipəkqurdu toxumu paylanıb. Bunlardan 5000  qutu ipəkqurdu toxumu Çin Xalq Respublikasından tədarük edilib. Qax Damazlıq İpəkçilik Stansiyasında 1000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub. 

Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 İyul 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri