Icma.az
close
up
RU
Rəssam Yusif Mirzə: Laçınsız qaldığımız 31 il ərzində mən çox rəsmlər çəkmişəm

Rəssam Yusif Mirzə: Laçınsız qaldığımız 31 il ərzində mən çox rəsmlər çəkmişəm

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"2023-cü ildə mən birinci dəfə, 31 ildən sonra Laçına qayıtdım və ilk rəsmlərimi çəkdim. Mənim iki arzum var idi. Birinci arzum o idi ki, yenidən Laçın dağlarını görüm, ikinci arzum o idi ki, bu torpağı azad edən insanın əlini sıxım və təşəkkür edim. Hər iki arzuma da çatdım".

Bunu Oxu.Az-a müsahibəsində bu gün Laçın şəhərində sərgisi təşkil olunan rəssam Yusif Mirzə deyib.

- Yusif bəy, bu gün Laçında təşkil olunan sərginizdə çoxlu insan iştirak edir. Laçınlı bir rəssam kimi nə hisslər keçirirsiniz?

- Mənim üçün o hissləri dilə gətirmək bir az çətindir. Əlbəttə ki, ən böyük arzumdan biri reallaşan adam kimi, həm çox xoşbəxtəm, həm də qürurluyam. Həm də ona görə sevinirəm ki, bu gün Laçının Şəhər Gününü də qeyd edirik.

- Sərgidə nümayiş etdirdiyiniz əsərlər hansı dövrə aiddir?

- Laçınsız qaldığımız 31 il ərzində mən çox rəsmlər çəkmişəm. Laçınlı iki il ərzində isə 100-dən çox rəsmlərim var.

- Laçının hansı kəndindənsiniz?

- Sadınlar kəndindənəm. Mən uşaqlıqdan rəssamlıqla məşğul olmuşam. Biz gözyaşlarımızla tərk etmişdik torpağımızı, çox şükür ki, gülə-gülə döndük. Əlbəttə ki, ağrılarımız da var, amma əsas odur ki, bu gün torpaqlarımız azaddır.

- Laçın işğal olunanda neçə yaşında idiniz?

- O vaxt 27 yaşım vardı.

- O dövrə aid də əsərləriniz var?

- Mənim yaradıcılığımı üç dövrə bölmək olar - işğaldan əvvəlki rəsmlərim, Laçının həsrəti ilə yaratdığım və işğaldan sonrakı dövrə aid olan əsərlərim.

- Hazırda sərgidə neçə əsəriniz nümayiş olunur?

- Haradasa 45 rəsmdir, üç heykəl. Bu arada fürsətdən istifadə edib sərginin təşkil edilməsində dəstək olan bütün qurumlara təşəkkür edirəm.

- Sərgilənən işlərinizin içərisində sizin üçün xüsusi önəm daşıyan bir əsər varmı?

- Rəssamın hər bir əsəri onun üçün xüsusi önəm daşıyır, mənim üçün xüsusi önəm odur ki, əsərlərimi bu gün Laçında çəkirəm. Keçən il 16 gün ərzində mən 40 rəsm əsəri çəkmişdim. Bu il bu sərgi ilə bağlı keçənilki kimi işləyə bilmədim.

Bir şey deyim, təkcə Laçın deyil, mən hesab edirəm ki, işğaldan azad olunan ərazilərimizin gözəlliyini göstərmək, onları təbliğ etmək üçün çəkməli və həqiqətlərimizi dünyaya çatdırmalıyıq.

- Laçın həsrəti ilə yaratdığınız əsərlərlə bu gün yaratdığınız əsərlər arasında bir bağ qura bilmisiniz?

- Şübhəsiz. Ola bilər ki, həsrətli əsərlərdə nostalji hisslər daha güclü idi. İndi isə daha çox sevinc, xoşbəxtlik, səadəti yaşamaq hissləri güclüdür.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri