Icma.az
close
up
RU
Rəssamlıq bir iki ilin içərisində alınan iş deyil

Rəssamlıq bir iki ilin içərisində alınan iş deyil

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nərmin Sadıqova 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət Xarici Dillər Universitetininin və Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2012-ci ildə rəssamın ilk fərdi xeyriyyə sərgisi baş tutub. 2014-cü ildə "Gallery-1969" rəssamın "Səs" adlı fərdi sərgisini keçirib. 2016-cı ildə rəssam Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib. 2017-ci ildə "Gallery-1969" onun "Momentous" adlı ikinci fərdi sərgisini təşkil edib.

Nərmin Sadıqova 2019-cu ildə Luvrda (Paris) "Carrousel" sərgisinə qatılıb. Elə həmin il Müasir İncəsənət Muzeyində onun "Meraki" adlı fərdi sərgisi keçirilib.

Rəssam bu günlərdə "Mif" adlı sayca beşinci fərdi sərgisi ilə sənətsevərlərin görüşünə gəldi. Müasir İncəsənət Muzeyində baş tutan sərgidə rəssamın son illərdə astrologiya və digər mövzularda yaratdığı təqribən 40 tablo təqdim edilib.

Nərmin Sadıqova ilə sərgi salonunda görüşüb, nümayiş olunan əsərlər haqqında söhbət etdik.

- Bu sərgi təxminən neçə illik əziyyətinizin bəhrəsidir?

- Uzun müddət araşdırma ilə məşğul olmuşam. Bir neçə eskiz hazırlayandan sonra istədiyimi tapdım və tətbiqinə başladım. Əsasən ideya və eskizin hazırlanması vaxt aldı. Tətbiq üçün isə bir ildən az vaxt lazım oldu. Bir sözlə, dörd-beş ildir ki, bu sərgini planlaşdırırdım.

- Deyəsən, əlvan rəngləri sevirsiniz?

- Həm pastel, həm də əlvan tonlardan istifadə etməyi sevirəm. Son dövrlərdə pastel tonlardan  daha çox istifadə edirəm. Bu, daha çox ruh halıma bağlıdır.

- Bəs daha çox hansı üslubda işləyirsiniz?

- Üslubum realizmə yaxındır. Ancaq sonuncu işlədiyim bürclərlə bağlı əsərlər daha çox mifologiya, simvolizm üzərində qurulub. Burada fəlsəfi yanaşma əsas götürülüb. Bu da mövzunun tələbidir. Məsələn, dolça bürcünü sadəcə olaraq dolça kimi çəksəydim, bu, bəsit görünə bilərdi. Ancaq bu bürcə həsr olunan əsərdə müxtəlif simvolların təsvirini görə bilərsiniz. Ümumiyyətlə, hər bürcün öz uğurlu daşı, planeti, ünsürü, rəngləri, gülü var. Mən də tabloları işləyərkən bu məqamlardan istifadə etmişəm.

- Sizin bürcünüz nədir?

- Balıq - Yaradıcı hissiyyatlı bürc.

- Bürclərə inanırsınız?

- Düzü, əvvəllər inanmırdım. Hətta gündəlik proqnozları oxuyan adamlara gülürdüm. İndi də çox aludəçisi deyiləm. Ancaq bürclərin özünəməxsus xüsusiyyətləri ilə bağlı deyilənlərin doğru olduğunu düşünürəm. Məsələn, qadın balıq bürcünü necə təsvir edirlərsə, mən məhz eləyəm. Duyğusal, yaradıcı, hissiyyatlı. Çox vaxt insanlara baxıb bürclərini müəyyən edə bilirəm.

- Necə oldu ki, məhz bu mövzuda işləməyə qərar verdiniz?

- Bundan öncə müxtəlif mövzularda İtaliya, ABŞ, Latviya, Türkiyə və digər ölkələrdə sərgilərim baş tutub. Bu dəfə də maraqlı bir konsepsiya axtarışında idim. Fikrimcə, sərgidə konsept daha maraqlı və yaradıcı görünür. Çünki rəssamların hamısı gül də çəkə bilir, hansısa əşyanı da. Məhz bürclər mövzusuna müracət etməyimə gəldikdə isə son illərdə fərdi inkişafla çox məşğul oluram. Dərinliyə getdikcə bürclərə yönəldim və bu ideya yarandı. Ola bilər ki, gələcəkdə yenə mifoloji yanaşmaya əsaslanıb başqa konsepsiya yaratdım. Bir sözlə, hələ də axtarışdayam.

- Ruhunuzun rəngi hansıdır?

- Ağ. Çox sevirəm bu rəngi.

- Yaradıcılığınızda qaranı az görürük. Bu, ağa olan sədaqətdən irəli gəlir?

- Bəli, qaradan çox az istifadə edirəm.

- Güllər də yaradıcılığınızda xüsusi yer tutur.

- Çiçəklər insanı yormur və onlarla hər dəfə fərqli nəsə etmək olur.  Ümumiyyətlə, sevmədiyim mövzuları işləmirəm. Məsələn, sakuraları işləməyi çox sevirəm. Ona görə də burada bir neçə sakura var. Minimalizm, o cümlədən portretlər də işləməyi də çox sevirəm.

- Məsələn, o portretdəki qız kimdir?

- Şəkildə bir qız gördüm, xoşuma gəldi və portretini işlədim. Tanımadığım bir adamdır.

- Bu rəsmə baxanda hiss olunur ki, Vətən müharibəsindən sonra işlənib. Əsərdə qələbə ruhu duyulur (Qarabağ haqqında tabloya işarə edirəm).

- Bəli, elədir. Qardaşım Qarabağda şəkil çəkmişdi. O şəkillərə baxanda belə bir şey hiss etdim və hisslərimi rəngə çevirməyə qərar verdim. Beləcə bu rəsm yarandı.

- Evlərin damlarına baxsaq, çox güman Laçını təsvir etmisiniz.

- Bəli, Laçındır.

- Nami təxəllüsündən istifadə edirsiniz. Bu, adınızın qısaltmasıdır, yoxsa özündə başqa məna ehtiva edir?

- Bilirsiniz, indi Nərmin adlı rəssamlar çoxdur, Allah hamısının yolunu açıq etsin. Bu məqamı nəzərə alaraq düşündüm ki, Nami daha fərqli və yaradıcı səslənir.

- Oğlağı niyə qalstukda təsvir etmisiniz?

- Çünki oğlaq bürcü daim çalışqan, ciddi, ədalətli xüsusiyyətlərlə xarakterizə olunur. Bu bürcün nümayəndələri dəqiq, vaxta qənaət edən insanlar olur. Rəsmdə də simvollar vasitəsilə bu detalları verməyə çalışmışam.

- Belə başa düşdüm ki, sərgidə nümayiş olunan əsərləri tam şəkildə dərk etmək üçün tamaşaçı astroloji bilgilərə sahib olmalıdır.

- Əlbəttə ki, bir astroloqla, yaxud da bu sahə üzrə bilgili insanla ixtiyari tamaşaçının baxışı çox fərqlənir. Astrologiyadan uzaq adamlar əsərləri görəndə detallara dair çox sual verirlər. Məsələn, soruşurlar ki, niyə buğa bürcü qızılla təsvir olunub. Ancaq bürclərin xarakteristikalarına dair məlumatı olan şəxslər bilir ki, Buğa şan-şöhrət və pulu sevən bürcdür.

- Siz özünüz əsərləri işləyərkən, bu sahənin biliciləri ilə məsləhətləşmisinizmi?

- Bəli, mənim çoxlu astroloq dostlarım var. Prosesin gedişatında onlarla məsləhətləşmişəm. Eyni zamanda özüm də bir çox mövzuları araşdırmışam.

- Necə düşünürsünüz, sizcə, hansı bürcləri yanlış tanıyırıq?

- Məsələn, əkizlər bürcünün qərarsız olduğunu deyirlər, ancaq tərəzi də çox qərarsızdır. Balıqları əksərən həssas, zəif, hərdəmxəyal bürc kimi təqdim edirlər. Mən bununla razılaşmıram. Balıqlar çox güclüdürlər. Eyni sözü qoç bürcü haqqında da deyə bilərəm. Qoç bürcündən olan zəif insana hələ rast gəlməmişəm.

- Ümumilikdə sərgi haqqında nə düşünürsünüz? Hər şey könlünüzcə oldu?

- Sərginin açılış mərasimi bitəndən sonra çoxlu xoş sözlər eşitdim. Gələcəkdə bundan da yaxşı işlər görməyə çalışacağam. İnsanların rəylərinə əsasən sərginin bəyənildiyini düşünürəm. Hər şey istədiyim kimi oldu.

- Siz həm də modelyersiniz.

- Bəli, bu, mənim ikinci işimdir. Geyimlər və mebellər üzərində çalışıram. Bu işlər mənim zövqümü oxşayır, kommersiya tərəfini çox da fikirləşmirəm. Yaradıcılıqla məşğul olanda, yaxşı bir iş ortaya qoyanda özümə də çox xoş olur. Bunlarla yanaşı, pedaqoji fəaliyyətlə məşğulam, Rəssamlıq Akademiyasında dərs deyirəm.

- Həm də Akademiyanın məzunusunuz.

- Bəli, Akademiyada adam çox şey öyrənir. Ümumiyyətlə, rəssamlıq təhsili mənə çox kömək edib. Düzdür, təhsili olmayan çox yaxşı rəssamlar da var, ancaq akademiyada ab-hava başqadır. 

- Bildiyim qədərilə rəssamlıq sizin ikinci təhsilinizdir. Həyatınızın hansı mərhələsində qərar verdiniz ki, rəssamlıq məhz sizin peşənizdir?

- Mən əvvəlcə ingilis dili üzrə təhsil almışam. Övladlarım balaca olduğu dövrdə təxminən on il işləmədim. Ondan sonra rəssamlığa hobbi kimi başladım və hiss etdim bu iş mənimkidir. Daha sonra öz üzərimdə çalışmağa başladım. İlk dəfə natürmort işləmişdim. Təxminən, 2010-cu illər idi. Bu işə başlamadan öncə də rəssamları tanıyırdım, rənglərə həvəsim vardı. Ancaq əmin deyildim ki, rəssamlıq məndə alınar, ya yox. Üzərimdə çox işləmişəm. Düzdür, istəmək də önəmlidir, ancaq çalışmaq mütləqdir. Rəssamlıq bir-iki ilin içində alınan iş deyil, uzunmüddətli əmək tələb edən bir sahədir. Düşünürəm ki, insan istədiyi işin arxasınca gedib çox çalışarsa, uğur onunla olacaq.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri