Icma.az
close
up
RU
Retro vaqonlar nümayiş olunur

Retro vaqonlar nümayiş olunur

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bakı metropoliteninin əsas muzey eksponatları olan retro vaqonlar Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında nümayiş olunur.

Metbuat.az xəbər verir ki, "Bakı Metropoliteni " QSC -dən verilən məlumata görə sərnişinlər 19-22 mart tarixlərində saat 10:00-dan 22:00-a qədər retro vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər. Stansiyada nümayiş olunan “A” tipli vaqon 1934-cü ilin istehsalıdır. Bu vaqonda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. Vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımayıb. Orijinal görkəmi bərpa olunmaqla, dizaynı, xüsusi idarəetmə panelli maşinist kabinası, çilçıraqlı işıqlanması və yumşaq oturacaqları ilə diqqəti çəkir.

Digər eksponat ümumi sərnişin tutumu 264 nəfər, oturacaq sayı isə 52 olan, 1950-ci illərin istehsalı “Q” tipli metro vaqonudur. Bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırıldığı üçün Bakıda sərnişindaşımada istifadə olunmayıb. Hər iki vaqon 2015-ci ilə qədər xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi, tunellərin yoxlanılması məqsədilə istifadə edilib. Sonradan bu vaqonlar Bakı metropoliteninin diaqnostika kompleksində orijinal görkəminə uyğun bərpa olunub.

“E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bu tipli vaqonlar Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərində istifadəyə verilib. Bakıya, ümumilikdə 47 ədəd “E” tipli vaqon gətirilib. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb. Bu vaqonlarda da sərnişin tutumu 264, oturacaq sayı isə 40-dır. “E” tipli vaqonun “Ej” modelindən formalaşdırılan son qatar 2009-cu ildən Bakı metropoliteni xətlərindən çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Mart 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri