Icma.az
close
up
RU
“Reuters”: Çin ABŞ nin kənd təsərrüfatı məhsulları üçün tarif endirimi elan edir

“Reuters”: Çin ABŞ nin kənd təsərrüfatı məhsulları üçün tarif endirimi elan edir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 may, AZƏRTAC

Çin və ABŞ daha geniş ticarət sazişinin bir hissəsi olaraq kənd təsərrüfatı ticarətinə tarifləri azaltmaq barədə razılığa gəlib. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin çərşənbə günü verdiyi açıqlamada bildirilir. Amma razılaşmanın icrası ilə bağlı bir neçə sual cavabsız qalıb.

ABŞ Prezidenti Donald Tramp və çinli həmkarı Si Cinpin ötən həftə Pekində görüş keçiriblər. Ağ Ev bildirib ki, Çin mövcud milyardlarla dollarlıq soya öhdəliyinə əlavə olaraq ildə 17 milyard dollar dəyərində ABŞ kənd təsərrüfatı məhsullarını almağa razılaşıb.

Öhdəlik Çinin ABŞ kənd təsərrüfatı məhsullarının idxalını bütün zamanların ən yüksək səviyyələrinə qaytaracaq, lakin onu yerinə yetirmək üçün Pekinin ticarət müharibəsi zamanı tətbiq etdiyi tarifləri ləğv etməsi lazım gələcək.

ABŞ Ticarət Nazirliyinin açıqlamasında bildirilir ki, hər iki tərəf prinsip etibarilə müvafiq kənd təsərrüfatı məhsullarını qarşılıqlı tarif endirimi çərçivəsinə daxil etmək, eyni zamanda bu sahədə ikitərəfli ticarəti genişləndirmək üçün rəhbər məqsədlər müəyyən etmək barədə razılığa gəlib”.

Bəyanatda hansı məhsulların siyahıya daxil edilə biləcəyi və ya 17 milyard dollarlıq öhdəlikdən bəhs edilməyib.

Çinin bəyanatları Vaşinqtondan gələn açıqlamalara nisbətən daha qeyri-müəyyəndir. Pekin ötən ilin sonlarında oktyabr ayında keçirilən sammitdə razılaşdırılmış razılaşmanın bir hissəsi olaraq 12 milyon ton soya alıb, baxmayaraq ki, bu öhdəliyi heç vaxt ictimaiyyət qarşısında elan etməyib.

Bəyanatda, həmçinin tariflərin tarixi səviyyələrə və ya daha aşağı həddə endiriləcəyi 30 milyard dollarlıq malların seçilməsi və nəzarəti üçün yaradılacaq Ticarət Şurasına da istinad edilib. “Düşünürük ki, Çin tərəfi bu endirimləri ABŞ kənd təsərrüfatı məhsullarına yönəldəcək”, - deyə “Trivium China” şirkətinin direktoru Even Rocers Pey bildirib. O əlavə edib ki, 17 milyard dollarlıq alış müqaviləsi və 25 milyon metrik ton soya kontraktı birlikdə təxminən 30 milyard dollardan bir qədər çox olacaq”.

Bəyanatda qeyd olunur ki, Çin ABŞ-nin mal əti şirkətlərinin qeydiyyatlarını yenidən təsdiqləyib və quş qripi epidemiyalarının baş verdiyi bəzi ABŞ ştatlarından quş əti ixracını bərpa edəcək.

Çin, həmçinin Vaşinqtonu narahat edən kənd təsərrüfatı biotexnologiyası məsələlərini müzakirə edəcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri