Tramp: İran ABŞ nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
İranın dondurulmuş aktivlərinin açılması ilə bağlı əldə olunan razılaşma fonunda ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla aparılan danışıqlara toxunaraq bildirib ki, İran ABŞ-nin kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevriləcək.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Ağ Evdə amerikalı fermerlərlə keçirilən şam yeməyində çıxışı zamanı danışıb.
“Düşünürəm ki, bu, çox böyük olacaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Cümə axşamı “The New York Post” qəzeti ABŞ-nin yüksəkvəzifəli rəsmisinə istinadla yazıb ki, razılaşmaya əsasən ABŞ-də dondurulmuş İran vəsaitləri açılsa da, həmin vəsaitlər faktiki olaraq İran hakimiyyətinin birbaşa sərəncamına verilməyəcək. Vaşinqton israr edir ki, bu vəsaitlər birbaşa İranın kənd təsərrüfatı məhsulları, tibbi avadanlıqlar və digər təsdiqlənmiş malları ala biləcəyi şirkətlərə yönəldilsin.
İran mediasının məlumatına görə, Tehran vəsaiti iki tranşla olmaqla ümumilikdə 12 milyard dollar həcmində alacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 İyun 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















