Icma.az
close
up
RU
Reuters: “Kiyev ABŞ ilə danışıqlardan bədgümandır”

Reuters: “Kiyev ABŞ ilə danışıqlardan bədgümandır”

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, ukraynalı məmurlara istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.
“Kiyevin ABŞ-nin Rusiyaya qarşı yeni sərt sanksiyalarına nail olmaq ümidləri sönür. Ukraynadakı yeni praqmatizm isə Zelenskinin indiki səfərini Amerikaya əvvəlki bəzi səfərlərdən daha az gərgin edir”, - agentlik yazır.
Ukraynadakı analitik mərkəzlərdən birinin aparıcı eksperti təmsilçisi olduğu qurumun diqqətinin sanksiyalardan Ukrayna PUA-larının zərbələri üçün hədəflərin müəyyənləşdirilməsinə foksulandığını bildirib. Analitik Kiyevin ABŞ-nin sanksiyalara dəstəyini itirməsi ilə yanaşı, həm də Vaşinqtonun özünün Avropadakı mövqeyini zəiflədə biləcəyi riskinə də diqqət çəkib.
- Mən düşünmürəm ki, biz Nyu-Yorkdan asan qərarlarla qayıda bilək. Amma biz Nyu-Yorkdan sonra da çox işləməyə davam edəcəyik”, - Ukrayna Xarici İşlər nazirinin müavini Sergey Kislitsa, öz növbəsində, deyib.
Ərdoğan: “Bu heç yaxşı xəbər deyil” Yüksək vəzifəli avropalı diplomatlardan biri isə qeyd edib ki, bu fonda Kiyev Amerikanın dəstəyinin azalmasından sonra bir sıra Avropa ölkələrinində hərbi yardımını itirə bilər. Lakin o, hansı ölkələrdən söhbət gedə biləcəyini dəqiqləşdirməyib.
“Qərb müttəfiqləri Ukrayna ordusunda kəskin kadr çatışmazlığından narahatdırlar. Amerika kəşfiyyatı və NATO ölkələri tərəfindən maliyyələşdirilən silahlar olmadan Kiyev hərbi əməliyyatları davam etdirə bilməyəcək”, - avropalı diplomat Kiyev üçün bədbin proqnoz verib.
Maraqlıdır ki, keçmiş yüksək vəzifəli ukraynalı məmurlardan biri də Kiyevin aktiv çağırışlarına baxmayaraq, Trampın Rusiyaya qarşı hər hansı sanksiya tətbiq edəcəyinə şübhə ilə yanaşdığını açıqlayıb.
Agentliyin yazdığına görə, sözügedən məmur Ukraynanın təhlükəsizliyinə təminatların verilməsi ilə bağlı Avropa, ABŞ və Ukrayna arasında gedən uzun danışıqlara etinasızlıq sərgiləyərək bunu “ritual rəqslə” müqayisə edib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Amerikanın “Fox News” telekanalına Ukraynada gedən müharibənin tezliklə bitəcəyinə əmin olmadığını vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri