Icma.az
close
up
RU
Rey Kərimoğlu:Murovdağ şəhidlərinin xatirəsinə 2 abidə ucaldılsın ki...

Rey Kərimoğlu:Murovdağ şəhidlərinin xatirəsinə 2 abidə ucaldılsın ki...

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Artıq 4-5 gündür ki, sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsi zamanı- 1994-cü il 14 fevralında başlayan “Murov əməliyyatı” ilə bağlı müzakirələr bitmir. Hər gün yeni bir iddia ortaya çıxır.


Müsahibim I Qarabağ qazisi, “Qarabağ qaziləri” ictimai birliyin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğludur.

Əvvəlcə bildirək ki, o müzakirələrə ötən gün tanınmış jurnalist Ləman Əliəşrəfqızının LAF TV –sində nöqtəni qoydu:” Bu işlə bağlı məhkəmə istintaqı olub. Briqada komandirinin müvaini Nəriman Zeynalov deyir ki, istintaq zamanı 250 nəfərə yaxın şəxs ya yaralanaraq, ya da donaraq şəhid olub. İstintaqda adlı siyahı da var. Qəhrəman döyüşçülərimizin sayəsində isə düşmən tərəfinin itkisi 800 nəfər olub. 2013 -cü ci ildə APA TV-də "Müharibə adamı" verilişində də bu haqda danışmışıq. Verilişdə Nəriman Zeynalov özü də danışıb. Onu da bildirim ki, bu, Nəcməddin Sadıqovun konkret xəyanətlərindən biridir”.
Düzdür, hələ ki, jurnalistin fakt və sübutlarına şübhə ilə yanaşanlar da var, amma konkret olaraq yanaşmada təkzibedilməz faktlar ortaya qoyan səlahiyyət sahibi də yoxdur. Daha dəqiq, ictimaiyyət iki fikirin əsiri olub. Bir hissə R. Kərimoğlu kimi “Murov əməliyyatı”nda 14-fevral günü şəhid olanların sayını 200-250, digər qisim isə 1337-1500- ə qədər hesab edir.
Odur ki, yenidən jurnalist həmkarımıza üz tutduq:


- Rey bəy, axı ictimaiyyətin böyük bir hissəsi hələ də öz dediyini deyir, 1994-cü il 14 fevralda 1337-1500 itkimiz olduğunu israr edir...Niyə onlar sizin ortaya qoyduğunuz məhkəmə istintaqının materiallarına inanmır?
- Bilirsən, “Murovdağ əməliyyatı” deyiləndə hamı ilk Google Axtarış Sistemində bunu axtarır. Məlumdur ki, vikipediya materialları dövlət strukturlarının rəsmi sənədləri ilə hazırlanmır. Hansısa bir jurnalistin və yaxud döyüşçünün bəzən dəqiq bilib-bilmədiyi açıqlamalar üzərindən yığılır. Məsələn, döyüşlərdə əlinə avtomat almayan, döyüş zolağına girməyən ancaq təminat bölməsində olmuş bir hərbiçi deyirmiş ki, Murovda şəhid olanların sayı 4 min olar. Həmin o “benzinovaz” sürücüsünə sonradan zəng edilir, soruşulur ki, sən o 4 min şəhidi gözünlə gördünmü? Deyir yox, o vaxt elə danışırdılar. Belə, döyüşçülərdən alınan müsahibələr ikinci feyk məlumatın yayılmasına şərait yaradır. Bəli, istintaq materialları durmuşkən, vikipediyalar etibarlı mənbə hesab edilə bilməz. Mənim faktlarıma, daha dəqiq, istintaq materiallarına şübhə edənlər vikipediyaya istinad edənlərdir. Amma, nəhayət ki, orda bu yalnışlıq artıq düzəlib.


- Tutaq ki, sizin sitat gətirdiyiniz istintaq materiallarına ictimaiyyətin şübhəli qismi də inandı. Amma 30 ilə yaxın Baş Qərargah rəisi olmuş, adıgedən əməliyyatın planını quran, əməliyyatın başlama əmrini verən Nəcməddin Sadıkov istintaqa düz məlumat veribmi?


 - Bu əməliyyat Nəcməddin Sadıqovun konkret xəyanətlərindən biridir. Amma istintaq materiallarındakı yekun nəticədə göstərilən rəqəmlər Nəcməddin Sadığovun yox, məhkəmənin, istintaqın araşdırırmasından sonra ortaya çıxan rəqəmlərdir. Amma, fürsət düşmüşkən, mən bir istəyimi, bir tələbimi  ictimaiyyətə və əlaqədar orqanlara çatdırmaq fikrindəyəm. Dövlətimizdən xahiş edirəm ki, 1994-cü ilin 14 fevralında, ümumilikdə “Murovdağ əməliyyatı”nda şəhid olan əsgər və zabitlərimizin xatirəsinə Murov dağında, yaxud ora yaxın ərazilərdə bir abidə kompleksi qurulsun və eynisi Bakıda Şəhidlər Xiyabanında - Türk Şəhidliyinin yanında ucaldılsın!


- Niyə 2 abidə?


 -Murovdakı abidə kompleks orada şəhid edilən əsgərlərimizin şərəfinə olsun!Hər il şəhidlərimizin anım günündə keçmiş döyüşçülər, gənclər , arzu edən şəxslər gedib o yerləri ziyarət etsin! Döyüşçülərimizin hansı şərtlər altında, necə bir relyefdə, necə bir şəraitdə döyüşdüyünü görsünlər, təsəvvür etsinlər. Bakıdakı abidə  isə dünyaya erməni və rus faşizmini göstərmək üçün qurulsun! Tezliklə, bu istək və tələbimizi təşkilatımız adından əlaqədar orqanlara yazılı şəkildə çatdıracağıq.


-Maraqlı müsahibə üçün təşəkkür edirik..


- P.S.Maraqlıdır , həqiqiliyinə “inandığımız” o istintaq materiallarını ortaya çıxaran Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası niyə o sənədlərdə Nəcməddin Sadıqovun səhv qərar verdiyini əsas gətirərək onu məhkəməyə cəlb etmədi? Niyə onun haqqında cinayət işi açmadı? Niyə Qərargah rəisini mühakimə etmədi ki, niyə orduya, qarlı və sərt qışda (1993 dekabr- 1994 fevral) , həm də Azərbaycanın ən soyuq bölgəsində (oranı Azərbaycanın Sibiri də adlandırmaq olar)  döyüş əmri verdi? Bütün əsgərlərin, döyüşün, əməliyyatın, eyni zamanda, Rey Kərimoğlunun düzgün hesab etdiyi sayı 200-250 olan şəhidin məsuliyyəti çiynində olan məsul şəxs idi axı , N. Sadıxov....! Bəs niyə həbs edilmədi, vəzifədən kənarlaşdırılmadı, hərbi tribunalda əməllərinin cavabını almadı?Bunlar olsaydı, əlbəttə ki, ictimaiyyətin “şübhəli” qismi –“ 1337-1500 şəhid var” deyən qismi də istintaq materiallarına inanardı.

 Bu faciəli və biabırçı əməliyyatdan tam 1 il, 2 ay sonra (04.04.1995) Nəcməddin Sadıqov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu. İstintaq Sadıqovda heçmi bir nöqsan tapa bilmədi?

 Bu təbii ki, bir jurnalist olaraq , mənim subyektiv fikirlərimdi, razılaşmayanlar ola bilər.

Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri