Icma.az
close
up
RU
Balakən şəhidlərinin xatirəsinə həsr olunan güləş yarışı təşkil edilib

Balakən şəhidlərinin xatirəsinə həsr olunan güləş yarışı təşkil edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 avqust, AZƏRTAC

Balakən rayonunun Qabaqçöl qəsəbəsinin Xalatala kənd orta məktəbində Balakən şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) təşkilatçılığı və Xalatala kənd sakinlərinin təşəbbüsü ilə keçirilən yarışda Şəki, Zaqatala, Qax və Balakən məktəbliləri iştirak ediblər.

Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğurunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Tədbirdə çıxış edən Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Vasif Qomurov, Balakən Rayon Gəclər Evinin direktoru Rasim Paçalov, direktor müavini Səfər Gəncəyev, Prezident təqaüdçüsü, Əməkdar məşqçi İsmayıl Çopsiyev, Şəhid valideynləri 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıblar. Adları tarixə əbədi yazılan şəhidlərin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu vurğulanıb. Qeyd edilib ki, belə yarışların keçirilməsi yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.

Yarışda müxtəlif çəki üzrə 150 yeniyetmə idmançı iştirak edib. 8 idmançı I, 11 idmançı II və 19 idmançı III yerə layiq görülüb. Komanda hesabında Balakən UGİŞM-nin sərbəst güləş komandası, məşqçi Ruslan Filiyevin yetirmələri medal sayına görə l yeri tutub, kubok qazanıblar.

Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri