Icma.az
close
up
RU
Reyunyonun Fransa zülmündən qurtuluş yolu

Reyunyonun Fransa zülmündən qurtuluş yolu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. 

Əvvəlcə Reyunyon adasına həsr edilmiş videoçarx nümayiş olunub. Sonra çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Fransanın dünyada 13 koloniyası var. Bu koloniyalardan ikisində insanlar məskunlaşmayıb, digər ərazilərlə əməkdaşlıq edirik. Reyunyon Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkir. Orada insanlığa qarşı amansız cinayətlər törədilib. Bu gün də Reyunyonda müstəmləkəçilik davam edir.

"Ka Ubuntu" müstəqillik hərəkatının sədri Romen Katambara deyib ki, bəzi Afrika ölkələrinin azad olması fikri yanlışdır. Çünki müstəqil ölkənin ərazisində başqa ölkələrin hərbi bazası yerləşmir və onların mədəniyyətinə təsir etmir.  O deyib: “Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq. Fransanın imperialist siyasəti Reyunyon iqtisadiyyatına mənfi təsir göstərir. Reyunyonda gənclərin əksəriyyətinin təhsilə əlçatanlığı təmin edilməyib. 200 min insan yaşayış yeri problemi ilə üzləşib, 45 minə yaxın insan ev gözləyir. Buradakı böhran iqtisadi müstəmləkə sisteminə çox bağlıdır. Əhalinin sosial-iqtisadi tələblərinə cavab verilmir. Ona görə də özümüz bunu formalaşdırmalıyıq. Fransa Reyunyon əhalisinin azadlıq meyillərinin qarşısını almağa çalışır". 

"Ka Ubuntu" təşkilatının Reyunyon bölməsinin koordinatoru Benjamin Kleman bildirib: “1960-cı illərdə Reyunyon adası Fransanın departamenti olaraq ciddi sosial və iqtisadi problemlərlə qarşılaşmışdı. Yerli əhalinin sayı artmaqda davam edirdi ki, bu da adada sosial problemlərin kəskinləşməsinə səbəb olurdu. Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı. Belə ki, Reyunyona xas olan Afrika mənşəli adlara malik uşaqlara Fransa metropoliyasına xas adlar verilərək təzə adlarla şəxsiyyət vəsiqələri paylanırdı. 1982-ci ilə qədər davam etmiş bu məqsədyönlü köç nəticəsində öz ailə bağlarını itirmiş uşaqlar çox ciddi psixoloji problemlər yaşayıblar”.

Konfransda Milli Məclisin deputatları, müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər barədə müzakirələr aparıblar.

Konfransın yekunu olaraq Bakı Təşəbbüs Qrupu və "Ka Ubuntu" Müstəqillik Hərəkatı arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi BTQ-nin icraçı direktoru Abbas Abbasov və “Ka Ubuntu”nun sədri  Romen Katambara imzalayıblar. 

Qeyd edək ki, Anlaşma Memorandumu yalnız siyasi müstəvidə deyil, qurumlar arasında təhsil və səhiyyə sahələrində də əməkdaşlığı əhatə edəcək.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri