Icma.az
close
up
RU
Putinlə Zelinski üçün sevindirici xəbər: Azərbaycanda döyüşmək istəyən onlarla məşqçi var!

Putinlə Zelinski üçün sevindirici xəbər: Azərbaycanda döyüşmək istəyən onlarla məşqçi var!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanı qanla çalxalayan Vladimir Putin dünən Kremldə Donald Trampın alverçi dostu Stiv Uitkoffu və kürəkəni Cared Kuşneri qəbul etdi. Saatlarla davam edən görüşdən heç bir nəticə çıxmadı. Ona görə ki, Putin sivil dünyanın qəbul edə bilməyəcəyi şərtlər irəli sürür, bir tərəfdən guya sülh danışıqları aparır, o biri tərəfdən isə “Avropa müharibə istəyirsə, Rusiya hazırdı” deyir. Bir sözlə, dünənki görüşdən çıxan nəticə budu: müharibəyə davam! 2022-ci ilin fevralından bəri davam edən müharibənin uzanmasını istəyənlər üçün sevindirici xəbərim var: Azərbaycanın bir qrup məşqçisini potensial iştirakçı saya bilərsiz!

Son vaxtlar mətbuat konfranslarında – istər müxtəlif yaş qrupu üzrə yığmaların, istərsə də ayrı-ayrı klubların – geniş yayılan bir ifadə var: “Uşaqlar döyüşdü, vuruşdu, uduzsa da, əlindən gələni etdi”. Bu yayğın ifadəni artıq o qədər çox işlədirlər ki, adam, sadəcə, iyrənir. Dünən tarixində ilk dəfə ölkə kuboku uğrunda mübarizəni 1/8 finalda dayandıran “Neftçi”nin gənc məşqçisi Sənan Qurbanov da məğlubiyyəti əsaslandırmaq üçün bu ifadədən yararlandı, bəlli məşqçi qrupuna qoşuldu.
Bəli, futbolu və yaşıl meydanı döyüş, savaş yeri kimi görənlərin müəyyən məntiqi var. Söhbət həm sırf oyunun axarında yarana biləcək konkret kobudluq epizodlarından, həm də hansısa qarşılaşmanın ölkə üçün əlahiddə vacibliyinə bir qədər də romantik yanaşmadan gedir. Yoxsa futbol nə, savaş nə... Yaşıl meydandakı mübarizənin məzmununu, taleyini ilk növbədə futbolçuların ustalıq keyfiyyəti və baş məşqçilərin taktiki sxemləri, düşüncələrinin, planlarının hansı ardıcıllıqla yerinə yetirilməsi müəyyənləşdirir. Baş məşqçilərin sərəncamında oyunun axarına müdaxilə etmək üçün ən azı 90 dəqiqə, ehtiyat oyunçular skamyasında bir neçə futbolçu olur. Kəsəsi, futbol ilk növbədə beyinlərdə, sonra yaşıl meydanda oynanılır. Yoxsa yeri gəldi-gəlmədi hər kəsin az qala əzbərlədiyi, qulaqları yağır edən bir ifadə var: "döyüşdük, vuruşduq, savaşdıq, ancaq bacarmadıq, bizi məzur tutun..."
Azərbaycanda hər iki oyunun birindən sonra məhz bu ifadə işlədilir, heç bir məşqçi məğlubiyyətə səbəb olan amillərin başında yanlış taktiki sxemin və ya oyunçu seçiminin dayandığını demir. Samir Abasov “Neftçi”ni bir ildən artıq çalışdırdı. Məğlubiyyətləri əsaslandırmaq üçün A-dan Z-yə bütün səbəblərdən və amillərdən danışdı, bir dəfə də günahını boynuna almadı. Şəxsən mən 10-a yaxın oyun sadalaya bilərəm ki, məhz Abasovun günahı üzündən əldən getdi. İndi mələk olub, diziüstə qoyduğu klubdan yüzminlər istəyir.
Amma Samir bəy ürəyini sıxmasın, davamçıları var, necə deyərlər, müqəddəs yer boş qalmır! “Savaşdıq, döyüşdük”, - deyə publikaya xoş gəlmək istəyən onlarla məşqçi var. Sadəcə, bunların qəlbinin harayını Putinlə Zelinskiyə çatdırmaq lazımdı: nə olar, bizimkilərin də xidmətindən yararlanın!
HUŞƏNG

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri