Icma.az
close
up
RU
Riad Rəfiyev idman jurnalistlərindən prokurorluğa şikayət etdi AÇIQLAMA

Riad Rəfiyev idman jurnalistlərindən prokurorluğa şikayət etdi AÇIQLAMA

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyev iki saytın rəhbəri, jurnalistlər Anar Şabanoğlu ilə İxtiyar Əsgərov haqda Baş Prokurorluğa şikayət edib. Həmkarlarımız prokurorluğa dəvət olunublar və izahatları alınıb.

Fanat.Az onlarla əlaqə saxlayaraq "Sumqayıt"ın şikayət predmetini öyrənməyə çalışıb. 

"Sports.az"-ın baş redaktoru Şabanoğlu ittihamı əsassız adlandırıb: "Riad Rəfiyev bizdən Baş Prokurluğa şikayət edib. Guya yazılarımızda onun şərəf və ləyaqətini alçaltmışıq, təhqir etmişik. Halbuki söhbət tənqiddən gedir. Bir yazı yox, bir neçə yazıda klubun və Rəfiyevin fəaliyyəti tənqid olunub. Məsələn, ötən mövsüm "Sumqayıt"ı hakimlərin "dartıb" avrokuboklara çıxartması haqda yazıdan şikayət olunub. Ancaq bu bir faktdır, həmin yazılarda bəhs edilən oyunların videoları var. O yazıda hər şey faktlarla yazılıb. Bundan başqa, digər yazıda klubun rəsmi mövqeyinin öyrənilməsinə baxmayaraq, yenə ittiham üçün əsas göstəriblər. Bildiyiniz kimi, İlqar Qurbanovla Riad Rəfiyev uşaqlıqdan dost olub. Amma İlqar "Sumqayıt"da olanda onun kartına külli miqdarda "qara pullar" köçürülməsi haqda söz-söhbət var. Buna görə İlqarla Riadın münasibətlıri korlanıb. Eyni maxinasiyanın "Sumqayıt"ın Yavər adlı sürücüsünün də başına gəldiyi deyilir. Yavər bəyin aztəminatlı ailədən olduğu və bir zamanlar sosial müavinət aldığı bildirilir. Amma belə bir adamın kartına fantastik məbləğ köçürüləndən sonra onun ailəsinə sosial müavinətin dayandırıldığı iddia edilir. Bu məsələlər haqda mediada daha əvvəllər də bəhs edilib. Amma nədənsə Riad indi "ayılıb", məsələni araşdırmaq istəyən, "Sumqayıt"dan rəsmi mövqe öyrənən bir saytın baş redaktorunu məhkəməyə verir. Daha doğrusu, məhkəməyə yox, prokurorluğa şikayət edir. Baş Purokurorluğa çağırmışdılar ki sizdən şikayət var tanış olun, izahatımızı aldılar". 

İxtiyar Əsgərov da rəhbəri olduğu "Matç.az"-da işıq üzü görən yazılarda təhqirdən söhbət getmədiyini vurğulayıb: "Rəfiyev saytda şərəf və ləyaqətinin aşağılandığını iddia edib. Halbuki şikayət edilən yazılarda heç bir məhkəmə predmeti, şərəf və ya ləyaqətin aşağılanması yoxdur. Məsələn, ötən mövsüm "Turan Tovuz" "Sumqayıt"a uduzdurulacaq?" sərlövhəli bir xəbərə görə şikayət olunub. Prokurorluq əməkdaşı soruşdu, bildirdim ki, yazının başlığı sual işarəsi ilə verilib. Qarşı tərəf bir yazıda "yarıtmaz fəaliyyət" ifadəsini şərəf və ləyaqətin aşağılanması kimi qələmə verib. Dedim əgər bu ifadədə təhqir varsa, istənilən cəzanı çəkməyə hazıram. Tələb edirlər ki, yazı silinsin və üzr istənilsin. Bildirdim ki, nə yazı silinəcək, nə də üzr istəyəcəyik".  

Həqiqətən "yarıtmaz" ifadəsində təhqir elementi yoxdur. Şikayəti, onun mətnini hazırlayan klub nümayəndəsi bunu bilməmiş deyil. Digər tərəfdən, həmkarlarımızdan İxtiyar Əsgərov sosial şəbəkə hesabında "Sumqayıt"ın mətbuat xidmətinin sözçüsü Zaur Xudiyevdən gileylənib. Məsələyə "Sumqayıt" tərəfinin də mövqeyini öyrəndik. Xudiyev ilk öncə "Matç.az" saytının rəhbərinin iddiası ilə razılaşmadığını bildirdi: "İxtiyar niyə elə yazıb, bilmirəm. Mən də onun bir statusa belə bir rəy yazdığını gördüm. Amma mən bu məsələ ilə bağlı mənim heç bir əlaqəm yoxdur, qətiyyən belə deyil. Mən bu çəkişmənin heç bir yerində yoxam. Jurnalistlərə qarşı bu iddianı Riad Rəfiyev qaldırıb. Mən sadəcə, klubun adından açıqlama verə bilərəm. Yəqin ki, İxtiyar səhv edib. Başqa heç bir şərh vermək istəmirəm. 
O ki qaldı klubun mövqeyinə, bununla bağlı rəsmi açıqlamamız var. Hüquqşünasımız tərəfindən hazırlanmış açıqlamadır. 
Barəsində Baş Prokurorluğa şikayət olunan jurnalistlər əməkdaşlıq və qarşılıqlı işbirliyi üçün “Sumqayıt” Futbol Klubuna müraciət edib, onların istəkləri ilə strategiyamız uyğun olmadığı üçün bu təklif rədd edilib. Sonra isə həmin jurnalistlər tərəfindən klub prezidenti Riad Rəfiyev barəsində mütəmadi olaraq, yalan, şər-böhtan xarakterli məlumatlar yazılır və tirajlanır. Komanda rəhbərinin şəxsi və işgüzar nüfuzuna, şərəf və ləyaqətinə, “Sumqayıt” Futbol Klubunun peşəkar fəaliyyətinə zərər vermək məqsədilə mütəmadi olaraq yazılan şər-böhtan xarakterli məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan sonra iş müvafiq orqanların nəzarətindədir. Əminik ki, hüquq-mühafizə orqanları işə ədalətli və düzgün qiymət verəcəklər".

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri