Riad Rəfiyevin sübutlarının azlığına görə, məhkəmə təxirə salınıb
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin jurnalistlər İxtiyar Əsgərov və Anar Şabanoğluna qarşı şikayəti əsasında hazırlıq iclası keçirilib.
Məhkəmə iclasına hakim Nərgiz Tağıyeva sədrlik edib.
Newscenter.az xəbər verir ki, hakim iddiaçı tərəfin sübutlarının azlığına görə Rəfiyevin vəkilinin əlavə sübutlar təqdim etmək üçün vəsatətini nəzərə alaraq, hazırlıq iclasını fevralın 24-nə təxirə salıb.
Qeyd edək ki, Rəfiyev media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi.
Bundan öncə isə Nərimanov Rayon Məhkəməsi Rəfiyevin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməkdən imtina etmişdi.
Anar Əliyev

Məhkəmə Riad Rəfiyevin iddiasını icraata götürməyib
12 Dekabr 2024 18:07
AİJA: Riad Rəfiyevin iddiasını qınayırıq
29 Dekabr 2024 16:27
Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı şikayətini icraata götürmədi
12 Dekabr 2024 17:06
Hakim Riad Rəfiyevin ittihamlarını əsassız sayıb
17 Yanvar 2025 14:52
Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı iddiasını icraata götürməyib İdman və Biz
12 Dekabr 2024 16:32

