Rıbak üçüncü dəfə “Avroviziya”da
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur norveçli skripkaçı və müğənni Aleksandr Rıbak ölkəsini yenidən “Eurovision” mahnı müsabiqəsində təmsil etmğk istəyir.
Axşam.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Rıbak Norveçin milli seçim yarışı olan “Melodi Grand Prix 2026”da iştirak edəcək. Belarus əsilli ifaçı fevralın 28-də olacaq milli seçimlərə “Rise” adlı yeni mahnı ilə qatılacaq. “Melodi Grand Prix 2026”nın qalibi Norveçi “Eurovision 2026” mahnı müsabiqəsində təmsil etmək hüququ əldə edəcək.
Xatırladaq ki, Aleksandr Rıbak iki dəfə Norveçi bu beynəlxalq mahnı müsabiqəsində təmsil edib. “Eurovision 2009”da “Fairytale” mahnısını ifa edən müğənni 387 xalla yarışın qalibi olub. O, ikinci dəfə 2018-ci ildə “That's How You Write a Song” treki ilə müsabiqəyə qatılsa da, bu dəfə əvvəlki uğurunu təkrarlaya bilməyib və finalda 15-ci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Yanvar 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















