Icma.az
close
up
RU
Rihanna və Rokinin səhnədə başlayan sevgi hekayəsi

Rihanna və Rokinin səhnədə başlayan sevgi hekayəsi

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyaca məşhur müğənni Rihanna və reper Eysap Roki şou-biznesin ən çox diqqət çəkən cütlüklərindən biridir. Uzun illər dostluq edən sənətçilərin münasibəti zamanla sevgiyə çevrilib. Hazırda üç övlad böyüdən cütlüyün tanışlıq və sevgi hekayəsi maraqlı məqamlarla yadda qalıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Rihanna və əsl adı Rakim Mayers olan Eysap Rokinin yolları ilk dəfə 2012-ci ildə "MTV Video Music Awards" mərasimində kəsişib.

Həmin gecə onlar Rihannanın “Cockiness (Love it)” mahnısını birlikdə ifa ediblər. Çıxış zamanı reper gözlənilmədən müğənnini qucaqlayaraq yanağından öpüb. Rihanna sonradan verdiyi müsahibədə bildirib ki, meneceri onun bu hərəkətə əsəbiləşəcəyini düşünüb. Lakin müğənninin reaksiyasını görən menecer onların arasında xüsusi rəğbət olduğunu hiss edib.

Bir il sonra Roki Rihannanın “Diamonds” adlı konsertinə qatılıb. Müğənni isə reperin “Fashion Killa” mahnısının klipində rol alıb. Ekranda sevgililəri canlandıran sənətçilərin münasibəti həmin dövrdə də müzakirələrə səbəb olub. Buna baxmayaraq, hər ikisi aralarında yalnız dostluq münasibətlərinin olduğunu bildirib.

Sonrakı illərdə onların hər birinin şəxsi həyatı fərqli istiqamətdə davam edib. Rihanna iş adamı Hasan Cəmillə, Roki isə model Şanel İmanla münasibətdə olub.

Cütlüyün həyatında əsas dönüş 2020-ci ildə baş verib. Həmin ilin yayında Rihanna və Roki Los-Ancelesdən Nyu-Yorka qədər avtobusla səyahət ediblər. Yolboyu adi insanların həyatına yaxın bir mühitdə vaxt keçiriblər.  Müğənninin sözlərinə görə, bu səyahət zamanı onlar bir-birilərini daha yaxından tanıyıblar. Rihanna Rokinin yanında özünü rahat və xoşbəxt hiss etdiyini etiraf edib.

Elə həmin il müğənni sevgilisini doğulduğu Barbados adasına apararaq ailəsi ilə tanış edib. Rihanna bildirib ki, anası adətən yeni tanış olduğu insanlara qarşı ehtiyatlı davranır. Lakin Roki ilk görüşdən onun rəğbətini qazanıb.

2021-ci ildə reper “GQ” jurnalına müsahibəsində Rihannanı həyatının sevgisi adlandırıb. Bununla da cütlük münasibətlərini ictimaiyyət qarşısında təsdiqləyib.

2022-ci ilin yanvarında Rihannanın hamilə olduğu məlum olub. Həmin ilin mayında onların ilk oğlu Riza dünyaya gəlib. 2023-cü ilin fevralında Rihanna ikinci dəfə ana olacağını açıqlayıb. Avqustun 1-də cütlüyün ikinci oğlu Rayot Rouz Mayers doğulub. 2025-ci ilin mayında keçirilən "Met Gala" mərasimində isə Rihanna üçüncü övladını gözlədiyini bildirib. Sentyabrın 13-də cütlüyün qızı Roki Ayriş Mayers dünyaya gəlib.

Üç övlad sahibi olmalarına baxmayaraq, Rihanna və Roki rəsmi nikah bağladıqlarını indiyədək ictimaiyyətə açıqlamayıblar. Reper müxtəlif müsahibələrində müğənnini həyatının ən vacib insanı adlandırsa da, cütlük toy və nişan barədə yayılan məlumatları təsdiqləməyib.

Roki müsahibələrinin birində bildirib ki, üç uşaq böyütmələrinə baxmayaraq, Rihanna ilə romantik görüşlərə vaxt ayırmağa çalışırlar. Onun sözlərinə görə, bəzən xoş axşam keçirmək üçün sadəcə birlikdə kart oynamaq kifayət edir. 

Beləliklə, səhnədə başlayan və illərlə dostluq kimi davam edən münasibət zamanla şou-biznesin ən çox maraq doğuran sevgi hekayələrindən birinə çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Noyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri