Rimas Kurtinaytis: “Püşkatma ilə bağlı hər hansı illüziyalar qurmurduq”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Püşkatma ilə bağlı hər hansı illüziyalar qurmurduq. Püşkatmadan öncə rəqibləri güclü və zəiflərə bölmürdük”.
İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının püşkünü dəyərləndirib. O bildirib ki, rəqibləri kifayət qədər güclüdür: “B qrupunda yer alan rəqiblərimizdən “Alba” 24 illik fasilədən sonra yenidən FIBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər boyunca Avroliqanın daimi sakini olub. Səviyyəsi bəllidir. Məncə, turniri qazanmağa favorit komandalardan biridir. “Nimburk” daha öncə FIBA Avropa Kubokunda “Sabah”ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət komandadır. Ötən mövsüm Çempionlar Liqasında 1/4 finala kimi irəliləyiblər. Təsnifat mərhələsində yer alan potensial rəqiblərimiz arasında da yaxşı komandalar var. Fransa təmsilçisi “Elan Şalon”da oyunçu kimi çıxış etmişəm. Bir sözlə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Bizim rəqabətə davamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik”.
Qeyd edək ki, Çempionlar Liqasında müntəzəm çempionata oktyabrın 7-də start veriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















