Rimas Kurtinaytis: Qrupda birinciliyi öncədən təmin etsək də...
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sabah" Azərbaycan Basketbol Liqasının A qrupunda birinciliyi vaxtından əvvəl təmin etməsinə baxmayaraq, sonuncu – XX turda "Abşeron Lions"la matça ciddi hazırlaşıb.
Fanat.Az xəbər verir ki, bunu "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis sözügedən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O qalib gəldikləri görüşü dəyərləndirib:
"Qrupda birinciliyi daha öncədən təmin etsək də, oyuna maksimum köklənmişdik. Çünki mən həm oyunçu, həm də məşqçi təcrübəmdən bilirəm ki, pley-offa yaxşı hazırlaşmaq üçün bu raunddan öncəki oyunlar da əhəmiyyətlidir. Buna görə də oyunçulardan bu görüşə maksimum ciddi yanaşmağı istəyirdik. Rəqibin əsas oyun qurucusu Freyzer oyunda olmasa da, "Abşeron Lions" yaxşı mübarizə apardı".
Qeyd edək ki, "Sabah" - "Abşeron Lions" qarşılaşması birincilərin 105:72 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 31 Mart 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















