Icma.az
close
up
RU
Tarixi görüşlə bağlı İLK SİQNALLAR Zelenski Moskvaya gedəcək? EKSKLÜZİV

Tarixi görüşlə bağlı İLK SİQNALLAR Zelenski Moskvaya gedəcək? EKSKLÜZİV

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, sülh danışıqları çərçivəsində ərazilər və Zaporojye Atom Elektrik Stansiyası (AES) məsələlərinin həlli müzakirə oluna bilər.
A.Sibiqa bildirib ki, sülh prosesi çərçivəsində hələ də iki ən həssas məsələ razılaşdırılmayıb: ərazilərə və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət.
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Rusiya Strateji araşdırmalar mərkəzinin müdir müavini Daria Qrevtsova bildirib ki, hazırkı vəziyyətdə Rusiya lideri Ukrayna Prezidenti ilə görüşməyəcək:
“Mənim fikrimcə, hazırda Putin və Zelenski arasında görüşün baş tutması mümkün deyil. Bunun əsas səbəbi Putinin açıq şəkildə bildirməsidir ki, görüş yalnız konkret razılaşmalar olduqda keçirilə bilər. Yəni diplomatik kanallar vasitəsilə bütün məsələlər həll edilibsə və yalnız prezidentlərin imzaları qalırsa, o zaman görüş həmin sənədlərin imzalanması üçün mənalı olar.
Sadəcə olaraq, hazırda Putin görüşmək istəməz, çünki anlayır ki, Zelenski bu görüşdə şou və ya qalmaqal yaratmaq, Putini danışıqlar aparmağa qadir olmayan kimi göstərmək istəyə bilər. Bunu isə Trampa göstərmək və onun Putinə qarşı əsəbiləşməsini təmin etmək üçün edə bilər”.
Analitik qeyd edib ki, Rusiya Ukrayna tərəfi ilə danışıqlarına sadiqdir:
“Putin açıq şəkildə onu Moskva görüşünə dəvət edir. Putin uzun müddətdir bu imkanın olduğunu və danışıqlara qarşı olmadığını bildirir. Zelenski əgər Moskvaya səfər etsə, bu, bir tərəfdən Rusiya ilə Ukrayna arasında real hərbi qarşıdurmanın olmadığını, əksinə, Rusiya və Qərb arasında Ukraynanın iştirakı ilə gedən “proxy” müharibənin mövcud olduğunu göstərəcək. Səfər zamanı Zelenskinin tam təhlükəsizliyi təmin olunacaq ki, bu da bir daha onu göstərir ki, hazırda birbaşa Rusiya-Ukrayna müharibəsi yoxdur”.
Daria Qrevtsova əlavə edib ki, Ukraynanın Rusiya ilə danışıqlarına birbaşa Avropa İttifaqı əngəl olur:
“Düzdür, Zelenski Moskvaya getməyə razı olsa da, onu bu addımdan Avropa ölkələri çəkindirir. Çünki Zelenski başa düşür ki, belə bir addım sülh və diplomatik həll yoluna start verə bilər, hərbi arenadakı rəqabətdən daha səmərəli olar.
Bu isə Avropa ölkələrini qane etmir, çünki onların əsas məqsədi münaqişəni davam etdirmək, daha çox güc və resursları bu savaşda cəlb etmək və nəticədə Rusiyanı zəiflədərək iqtisadi və siyasi təzyiq altında qoymaqdır. Ona görə də, Qərb hazırda Putin və Zelenski arasında birbaşa danışıqların baş tutmasını istəmir və bu səbəbdən Zelenski də belə bir addımı atmayacaq”.
Tehran Orucoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Yanvar 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri