Icma.az
close
up
RU
Riqada Xarıbülbül əfsanəsi sənədli filmi nümayiş etdirilib

Riqada Xarıbülbül əfsanəsi sənədli filmi nümayiş etdirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 noyabr, AZƏRTAC

8 noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı ilə Riqanın “Splendid Palace” kinoteatrında isveçli rejissor Mikael Silkeberqin "Xarıbülbül əfsanəsi" sənədli filminin nümayişi keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Latviya Seyminin deputatları, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, diplomatik missiyaların rəhbərləri, yerli akademik, mədəni, ictimai və dini dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə həmvətənlilərimizi təbrik edib. Diplomat 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində 30 ilə yaxın davam etmiş Ermənistanın hərbi işğalı və təcavüzünə son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb.

Diplomat qələbənin işğaldan azad olunmuş ərazilərdə mədəni həyatın dirçəlişinə təkan verdiyini qeyd edərək, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin yenidən mötəbər tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, Şuşanın hər bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu və musiqi mədəniyyətimizin beşiyi olduğunu vurğulayıb.

Səfir filmin rejissoru M.Silkeberqin Şuşanın ruhunu, böyük sənətkarlarının irsini, Azərbaycan xalqının mənəvi dəyərlərini məharətlə əks etdirməsini, eyni zamanda Azərbaycan ilə Skandinaviya arasında mədəni əlaqələrin tədqiq edilməsinin təqdirəlayiq olduğunu söyləyib. O, filmdə Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə tanıdan, böyük Azərbaycan bəstəkarı və Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylidən bəhs olduğunu diqqətə çatdıraraq, dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinə töhfələrindən bəhs edib və bu il 140 illik yubileyinin qeyd olunduğunu bildirib.

E.Sultanov həmçinin, Azərbaycan-Latviya mədəni dialoqundan söz açaraq, Şuşada olan və Azərbaycan mədəniyyətinə töhfələr vermiş Latviyanın incəsənət xadimlərindən bəhs edib. Səfir "Xaribülbül əfsanəsi" filminin nümayişinin Azərbaycan mədəniyyətinin Latviyada daha da tanınmasına, ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Sonra filmin rejissoru M.Silkeberq çıxış edərək, Şərqlə Qərbin birləşdiyi məkanda yerləşən Azərbaycanın zəngin tarixi, qədim mədəniyyəti və musiqisinin onu valeh etdiyini bildirib. O, Azərbaycanın bir çox millətlərin və dinlərin harmoniya və tolerantlıq mühitində yaşayan nadir ölkələrdən biri olduğunu və ölkəmizə məxsus bu cəhətin dünyada təbliğ edilməsinin əhəmiyyətini qeyd edib. Rejissor xarıbülbül gülünün hekayəsini lentə almaq üçün Bakı və Şuşada çəkilişlərin aparıldığını və xüsusilə Şuşaya səfərin onda güclü təəssürat yaratdığını bildirib. O, Şuşada fəaliyyət göstərmiş Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbül kimi dahi mədəniyyət və incəsənət xadimlərinin irsini araşdırarkən Azərbaycan mədəniyyətinin nə qədər zəngin və dərin olmasının, habelə dünya mədəniyyəti ilə sıx əlaqəsinin şahidi olduğunu dilə gətirib.

Daha sonra səfirlik tərəfindən rəsmi qəbul təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri