Icma.az
close
up
RU
Risk etmək istəmədik, çünki zədəlilər ola bilərdi

Risk etmək istəmədik, çünki zədəlilər ola bilərdi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sabah" premyer-liqanın 31-ci turunda evdə "Kəpəz"ə uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Kəpəz"i təbrik etmək istəyirəm. Bu qalibiyyət onlar üçün çox böyük uğur idi, çox böyük qələbə idi. Bu gün nəsə çox şey demək istəmirəm. İlk hissədə daha çox dominant, daha yaxşı oynayan tərəf biz idik. Sadəcə künc zərbələrindən 3-4 qol fürsətimiz oldu ki, "Kəpəz"in qapıçısı çox yaxşı çıxış etdi, qol vurmağa imkan vermədi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Amma bundan sonra oyun ritmimiz kifayət qədər düşdü. Daha sonra anlaşılmaz səhv buraxdıq. Belədə, rəqib fərqləndi. "Kəpəz" öz qapısına tərəf çəkildi. Hücumlar zamanı səbirli olmalıydıq, amma bəzən tələsirdik. Bütün bunları unutmalıyıq. Düzdür, bir balaca üzgünük. Çünki uzun müddətdi məğlubedilməzliyimiz var idi. Amma üzülməyə vaxt yoxdu. Qarşıdakı vacib final oyununa hazırlaşmalıyıq.
- Demək olar ki, bəzi futbolçuların fikri kubokun final matçında idi? Bu, onların performansına təsir etmişdi?
- Əlbəttə, müəyyən mənada fikrinizlə razıyam. Bu gün daha çox az oynayan futbolçulara şans verdik. Risk etmək istəmədik, çünki zədəlilər ola bilərdi. Amma onlar da bu gün göstərməliydilər ki, öz keyfiyyətləri necədi, nə edə bilərlər. İstədiklərimizə bu gün müvəffəq ola bilmədik. Amma onların davranışından, göstərdikləri cəhdlərdən şikayət edə bilmərəm. Adicə bir oyunçunu dəyişəndə, komandada dinamika necə düşür... Təsəvvür edin, 5-6 oyunçu dəyişirsən. Bu isə asan deyil. Bu gün meydana çıxan heyət 5-6 oyun ardıcıl birlikdə çıxış etsəydilər, fərqli mənzərəyə şahid olardız. Sabah bərpa məşqimizi keçəcəyik. İnkişaf etdirməli olduğumuz məsələlər üzərində işləyib, çərşənbə günü keçiriləcək matçı izləyəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 May 2026 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri