Icma.az
close
up
RU
Riskli hava bu tarixə qədər davam edəcək Bakı sakinlərinə XƏBƏRDARLIQ!

Riskli hava bu tarixə qədər davam edəcək Bakı sakinlərinə XƏBƏRDARLIQ!

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Havaların bu cür kəskin dəyişməsi, təbii ki, meteoroloji şəraitə çox ciddi təsir edir. Görürsünüz, artıq şimal bölgələrində – Kəlbəcərdə, Laçında qar yağıb. Bir çox şimal rayonlarında isə sulu qar müşahidə olunub. Belə havalarda xüsusilə həssas insanlara diqqət yetirmək lazımdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında terapevt, həkim Şahvələd Məmmədov deyib. O, bir sıra xəstəlikləri olan insanlara diqqət çəkib:

“Ürək-damar xəstəlikləri, arterial hipertenziya, şəkərli diabet, ağciyər xəstəlikləri olan şəxslər, ümumiyyətlə, meteohəssas insanlar sağlamlıqlarında müəyyən problemlər yaşayırlar. Xroniki ağır xəstəlikləri olanlar bəzən təcili yardıma müraciət etməyə və ya həkimə getməyə məcbur qalırlar. Ona görə də məsləhətdir ki, belə havalarda meteo-həssas insanlar çox çöldə gəzməsinlər, daha çox ev şəraitində qalsınlar. Bu, əsasən bir-iki gün üçün keçərlidir. Xroniki xəstəliyi olanlar – məsələn, ürək xəstələri, təzyiqdən əziyyət çəkənlər – evdən çıxarkən mütləq özləri ilə həm təcili yardım məqsədilə istifadə etdikləri, həm də daimi qəbul etdikləri dərmanları götürməlidirlər”. 

Ekoloq Qorxmaz İbrahimli isə yenisabah.az-a açıqlayıb ki, yağıntılar bir neçə gün davam edəcək:

“Bu il bildiyiniz kimi yay qismən sərin keçdi. İyun ayı tamamilə sərin oldu, yalnız bəzi günlərdə anomal istilər müşahidə edildi. Avqustun əvvəlindən etibarən hava bir qədər soyudu. Sentyabr ayı isə yayın son ayıdır və havanın soyuması təkcə Bakı və Abşeron yarımadası ilə bağlı deyil. Hazırda ölkənin demək olar ki, bütün ərazilərində – yalnız Naxçıvan MR və bəzi bölgələr istisna olmaqla – yağıntılar müşahidə olunur və bu, bir neçə gün də davam edəcək.

Ona görə narahat olmağa heç bir əsas yoxdur. Sentyabr ayında yağıntılar normaldır, payız mövsümünə uyğun bir haldır. Mənim proqnozuma görə oktyabr ayı daha mülayim keçəcək, yenə yağıntılı olacaq və Tanrının köməyi ilə insanlar məhsullarını rahat yığa biləcəklər.

Oxucularınız narahat olmasın. Proqnozlar doğrudur və bir neçə gündən sonra havalar əvvəlki seyrinə qayıdacaq. Yay fəsli sentyabrın 20-22-si aralığında başa çatır, bu zaman təbii olaraq payız başlayır. Anidən keçidlər mümkün deyil. Biz hazırda qışa doğru gedirik və təbiət də buna uyğun olaraq hazırlığını görür. Şimal yarımkürəsində yay bitmək üzrədir, Günəş orbitdə yerini dəyişir və biz yaxın vaxtlarda payızı qarşılamağa hazırlaşırıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri