Riyaziyyat dahiləri intellektual yarışmasının qalibləri müəyyənləşib FOTOLAR
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Xaçmazda "Riyaziyyat dahiləri" intellektual yarışmasının final mərhələsinin qalibləri müəyyənləşib. SİA xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə keçirilən yarışda bölgənin ümumtəhsil məktəblərini təmsil edən komandalar iki mərhələdə biliklərini sınayıblar. 12 komandanın yarışdığı final mərhələsi Xaçmaz şəhər 9 saylı tam orta məktəbində təşkil edilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında Xaçmaz rayonu Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbin komandası ikinci, Şabran şəhər Tofik Abbasov adına 1 saylı tam orta məktəbin komandası isə üçüncü yeri qazanıb.
Qalib komandalar Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən kubok və diplomlarla təltif ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 01 Mart 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















