Icma.az
close
up
RU
“Riyaziyyata maraq və motivasiyanın artırılması vacibdir” İlham Əhmədov

“Riyaziyyata maraq və motivasiyanın artırılması vacibdir” İlham Əhmədov

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan təhsil sistemi son illərdə ciddi böhranla üz-üzədir. Bu böhran təkcə müəyyən bir pilləni deyil, bütövlükdə bütün təhsil mərhələlərini və bütün fənləri əhatə edir. Belə bir şəraitdə yalnız ayrı-ayrı fənlərin inkişafı ilə ümumi problemlərdən çıxış yolu tapmaq çətindir”.

Bunu Gununsesi.info-ya açıqlamasında dosent İlham Əhmədov bildirib:

“Bununla belə, bəzi fənlər var ki, onların keyfiyyətli tədrisi bütün təhsil sisteminə müsbət təsir göstərə bilər. Bu sırada ən başlıca yeri isə şübhəsiz ki, riyaziyyat tutur.

Riyaziyyat təhsil tarixində həmişə “elmlərin şahı” adlandırılıb. Bu fənn şagirdlərdə yalnız dəqiq biliklər formalaşdırmır, həm də məntiqi və analitik düşünmə bacarıqlarını inkişaf etdirir. Riyazi yanaşma qabiliyyəti insanı həyatın istənilən sahəsində daha çevik və düzgün qərar verməyə hazırlayır.

Müasir təhsil sistemində riyaziyyatın məqsədi sadəcə düstur və qaydaların öyrədilməsi ilə bitmir. Burada əsas hədəf şagirdlərin problem həll etmə bacarığını, analitik təfəkkürünü və məntiqi düşünmə mədəniyyətini formalaşdırmaqdır”.

İlham Əhmədov qeyd edib ki, bu sahənin inkişafı kompleks yanaşma tələb edir:

“Yalnız müəllim hazırlığı və ya dərsliklərin yenilənməsi ilə kifayətlənmək olmaz. Məsələ köklü şəkildə tədqiq olunmalı, genişmiqyaslı layihələr həyata keçirilməlidir.

Məktəblərdə riyaziyyat tədrisinin keyfiyyətini yüksəltmək üçün atıla biləcək əsas addımlar bunlardır:

Riyaziyyat təhsilinin məzmun islahatı, proqram və dərsliklərin təkmilləşdirilməsi. Müəllimlərin peşəkarlığının artırılması, ixtisasartırma proseslərinin düzgün təşkili. İstedadlı şagirdlərə xüsusi qayğı və dəstək göstərilməsi. Məktəblilər üçün əlavə resursların, xüsusilə onlayn riyazi məktəbin yaradılması. Qiymətləndirmə sisteminin müasirləşdirilməsi. Şagirdlərdə riyaziyyata marağın və motivasiyanın artırılması”.

Şəbnəm 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Avqust 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri