Robert De Niro Trampı ölkə üçün “təhlükə” adlandırıb
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp ötən bazar günü 80 illik yubileyini Ağ Evdə UFC döyüşçülərinin iştirakı ilə qeyd edərkən, məşhur Hollivud aktyoru Robert De Niro ona yönəlmiş sərt açıqlamaları ilə diqqət çəkib.
Yeniavaz.com xəbər verir ki, aktyor, Ceyn Fondanın təşkil etdiyi tədbirdə çıxış edərək Trampı tənqid edib.
Tədbirdə emosional çıxış edən aktyor, ABŞ-də mövcud siyasi və sosial vəziyyətlə bağlı narahatlığını dilə gətirib. O, ölkədə artan siyasi parçalanma, müharibələr, səhiyyə siyasəti və insan hüquqları ilə bağlı sərt tənqidlər səsləndirib. De Niro bildirib ki, hazırkı siyasi kurs səbəbindən ölkəsinə münasibəti dəyişib və “Amerikasını geri qaytarmaq” istədiyini vurğulayıb.
Donald Trampın uzunmüddətli tənqidçilərindən biri kimi tanınan Robert De Niro, prezidentin ilk hakimiyyət dövründən etibarən ona qarşı açıq mövqe nümayiş etdirir. Aktyor bu ilin əvvəlində də ABŞ-dəkı siyasi “parçalanma” barədə danışarkən Trampı ölkə üçün “təhlükə” adlandırıb.
Bu mövzuda digər xəbərlər:Robert De Niro Kann kino festivalında Trampı sərt tənqid etdi
14 May 2025 18:36
Robert De Niro kurort açacaq
23 Sentyabr 2025 07:53
Robert De Niro Bakıya gələcək
10 Noyabr 2025 18:07
Robert De Niro Bakıda restoran açacaq
17 Oktyabr 2025 09:38
Robert De Niro Azərbaycana gəlir KONKRET
12 Avqust 2026 14:47
Baxış sayı:106
Bu xəbər 16 İyun 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















