Icma.az
close
up
RU
Robert Fiko: “Xarici qüvvələr Slovakiyada dövlət çevrilişi planlaşdırırlar”

Robert Fiko: “Xarici qüvvələr Slovakiyada dövlət çevrilişi planlaşdırırlar”

Ayna saytına istinadən Icma.az xəbər verir.

Baş nazir Gürcüstanda etiraz aksiyalarının hazırlanmasında iştirak etdiyi iddia edilən bəzi əcnəbilərin ölkəyə gəldiyini deyib

Slovakiyanın Baş naziri Robert Fiko iddia edir ki, “xaricdən maliyyələşən və Slovakiya müxalifəti ilə əlaqəsi olan mütəşəkkil bir qrup şəxs ölkədə dövlət çevrilişi planlaşdırır”. AYNA xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Təhlükəsizlik Şurasının iclasında hökumətə etimad məsələsinin müzakirə edildiyi parlament iclasında ilk dəfə verdiyi bəyanatları təkrarlayıb.

Media yazır ki, Təhlükəsizlik Şurası çevriliş hazırlığı ilə bağlı kəşfiyyat orqanlarına məxsus olduğu iddia edilən məlumatları müzakirə etmək üçün toplanıb.

Ölkənin Kəşfiyyat Xidmətinin məlumatına görə, Slovakiya Prezidenti Peter Pelleqrininin cümə axşamı qeyd etdiyi kimi, ölkədə hökumət əleyhinə etirazlar ölkədə “gərginliyi artırmaq” məqsədi ilə “fərdlər və təşkilatlar, o cümlədən əcnəbilər” tərəfindən təşkil edilir. Prezident Fikodan fərqli olaraq çevriliş hazırlığından bəhs etməyib.

Slovakiyanın Baş naziri əvvəllər Gürcüstanda etiraz aksiyalarının hazırlanmasında iştirak etdiyi iddia edilən bəzi əcnəbilərin ölkəyə gəldiyini deyib. Fiko iddia edir ki, onların məqsədi dinc etirazları iğtişaşlara çevirməkdir ki, müxalifət hökuməti devirsin və ya onu istefaya məcbur etsin.

Avropayönlü müxalifət Baş nazirin çevriliş hazırlığı ilə bağlı iddialarını “gülünc” adlandırıb.

Təhlükəsizlik Şurasının iclasından sonra heç bir qərar qəbul edilməyib. Prezident fövqəladə vəziyyətin tətbiq olunmayacağını və dinc toplaşmaq hüququnun məhdudlaşdırılmayacağını bəyan edib.

Qeyd edək ki, ölkə müxalifəti Fikonun dekabr ayında Moskvaya səfəri ilə əlaqədar hökumətin istefasını tələb edir. Çərşənbə axşamı günü etimadsızlıq səsverməsinin müzakirə olunmamasından sonra müxalifət təklifi yenidən parlamentə təqdim edib. İclasın nə vaxt keçiriləcəyi hələlik məlum deyil. Müxalifət Fikoya qarşı etimadsızlıq səsverməsi keçirmək üçün lazımi sayda səsə sahib deyil, lakin səsvermənin nəticəsi gözlənilməzdir. Çünki hökumət koalisiyası bölünür və Fikonun hələ də çoxluğa sahib olub-olmadığı bəlli deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 Yanvar 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri