Icma.az
close
up
RU
Robinyo: Ulduz futbolçunun Real Madrid dən həbsxanada məşqçiliyə uzanan taleyin kəskin dəyişimi

Robinyo: Ulduz futbolçunun Real Madrid dən həbsxanada məşqçiliyə uzanan taleyin kəskin dəyişimi

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anar Həsənov yazır...

Bir vaxtlar dünyanın ən istedadlı futbolçularından biri hesab edilən Robinyo - tam adı ilə Robson de Souza - bu gün artıq azadlıqda deyil.

İtaliyada cinsi zorakılıq cinayətinə görə məhkum edilən və cəzasını Braziliyada çəkən keçmiş ulduzun taleyi həm futbolsevərləri, həm də cəmiyyətin hüquq və ədalət duyğularını ciddi şəkildə sarsıdıb. Onun həyatı həm parlaq karyera, həm də qalmaqallarla yadda qalıb. Bu yazıda Robinyonun həyatı, uğurları və çöküşü haqqında danışacağıq.

Parlaq başlanğıc:

Robinyo 1984-cü ilin yanvarında Braziliyanın San Vinsenti şəhərində anadan olub. Uşaq yaşlarından futbola böyük maraq göstərib və 15 yaşında "Santos" klubunun akademiyasına qəbul olunub. Qısa zamanda fenomenal texnikası və sürəti ilə diqqət çəkən Robinyo, 2002-ci ildə - 18 yaşında - "Santos"un əsas komandasında çıxış etməyə başlayıb. Bu klubla ilk titulunu da qazanan Robinyo, əfsanəvi Peledən sonra gələcəyin ən böyük braziliyalısı hesab olunurdu.

Uğurlu çıxışları sayəsində Avropanın top klublarının maraq dairəsinə düşən Robinyo 2005-ci ildə "Real Madrid" klubuna transfer olunub. Burada La Liqa çempionluğu yaşayıb. Daha sonra "Mançester Siti" və "Milan" klublarında da çıxış edib. "Milan"la İtaliya A Seriyası çempionluğunu qazanıb.

Milli komandada da kifayət qədər parlaq karyera keçirən Robinyo, Braziliya millisində 100 oyun keçirib və 28 qola imza atıb. O, 2007-ci ildə keçirilən Kopa Amerikanın və 2005-ci il Konfederasiyalar Kubokunun qalibi olub.

Çöküş və cinayət:

Robinyonun idman karyerası yüksələn xətlə davam etsə də, şəxsi həyatı və davranışları ilə bağlı narahatlıq doğuran xəbərlər də zaman-zaman gündəmə gəlirdi.

Ən ciddi hadisə isə 2013-cü ildə İtaliyanın Milan şəhərində baş verib. Məhkəmə materiallarına əsasən, Robinyo və bir neçə nəfər 22 yaşlı albaniyalı qadına qarşı kütləvi cinsi zorakılıq törədiblər. İddialara görə, qadın hadisə zamanı huşsuz vəziyyətdə olub və müdafiə imkanı olmayıb.

Bu hadisə ilə bağlı 2017-ci ildə İtaliya məhkəməsi Robinyonu doqquz il müddətinə azadlıqdan məhrum edib. O, apellyasiya və kassasiya məhkəmələrinə müraciət etsə də, 2022-ci ildə son qərar qüvvəyə minib və hökm rəsmiləşib.

İtaliya Robinyonun cəzasını çəkməsi üçün ekstradisiyasını tələb etsə də, Braziliya qanunlarına görə ölkə vətəndaşlarının xaricə ekstradisiya olunması qadağandır. Bu səbəbdən, 2024-cü ilin mart ayında İtaliya qərarının tanınması əsasında Robinyo Braziliya məhkəməsinin qərarı ilə həbs olunub və cəzasını doğma ölkəsində çəkməyə başlayıb.

Həbsxana həyatı və futbol:

Robinyo hazırda San-Pauludan bir qədər aralıda yerləşən və məşhur şəxslərin saxlanıldığı "Tremembe" həbsxanasında cəzasını çəkir. O, ilk olaraq səkkiz kvadratmetrlik təknəfərlik kamerada yerləşdirilib, daha sonra isə digər məhkumlarla birgə kameraya köçürülüb.

Maraqlısı budur ki, Robinyo burada da futboldan uzaq düşməyib. Mətbuatın məlumatına görə, o, həbsxanada təşkil olunan məhbuslararası futbol oyunlarında məşqçi kimi iştirak edir. Bu oyunlarda "qətl törədənlər" komandası "zorakılıq törədənlər" komandasına qarşı oynayır. Robinyo bu oyunlarda futbol üzrə bacarıqlarını bölüşməklə məşğuldur. O, həmçinin kitab oxuyur, televiziya və radio avadanlıqlarının təmirini öyrənir, meyvə bağı kimi reabilitasiya fəaliyyətlərinə qatılır.

Hüquqi mübarizə və ictimai reaksiya

Robinyonun vəkilləri onun cinayət məsuliyyətindən azad olunması üçün müxtəlif hüquqi vasitələrə müraciət etsələr də, bu cəhdlərin hamısı nəticəsiz qalıb. Sonuncu məhkəmə qərarında bildirilir ki, o, cəzasını tam şəkildə çəkməlidir və heç bir hüquqi imtiyazdan istifadə edə bilməz.

Braziliya cəmiyyətində və xüsusilə qadın hüquqları ilə bağlı fəaliyyət göstərən təşkilatlarda Robinyonun cəzasının icra olunması müsbət qarşılanıb. Bu hadisə bir daha göstərib ki, tanınmış simalar belə ədalətdən kənarda qala bilməzlər.

Nəticə!

Robinyo bir vaxtlar futbolda "Peledən sonra gələn istedad" kimi tanınsa da, şəxsi həyatında atdığı yanlış addımlar onun bütün uğurlarını silib-süpürüb. Futbolçu karyerası ilə başlanan həyat yolu bu gün onu həbsxanada təcavüz cinayətinə görə cəza çəkən bir məşqçiyə çevirib.

Bu hekayə yalnız Robinyonun yox, ümumilikdə cəmiyyətin və idmanın necə təsir gücünə malik olduğunu və eyni zamanda məsuliyyətin nə qədər önəmli olduğunu göstərir. İstər futbol meydanında, istər şəxsi həyatda - davranışların nəticəsi həmişə var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri