Rodri daha çox “qara işlər”də özünü göstərən futbolçudur
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qızıl top”a namizədlərin son reytinqinin açıqlanması futbol dünyasında müzakirələrə səbəb olub. Siyahıda dünya futbolunun tanınmış ulduzları yer alır.
Bəs namizədlərin hazırkı göstəriciləri “Qızıl top” uğrunda mübarizədə kimin daha şanslı olduğunu göstərir?
Futbol eksperti Arif Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, burada ən şanslı namizəd Lamine Yamal görünür.
Onun sözlərinə görə, əgər üç namizədi Lamine Yamal, Rodri və Harry Kane-i , Rodri və Kane daha çox komanda oyunçuları kimi ön plana çıxırlar:
“Rodri daha çox yaradıcılıq, komandanın oyun istiqamətinin müəyyənləşdirilməsi və “qara işlər”də özünü göstərən futbolçudur. O, komanda oyununa ən çox xeyir verən oyunçulardan biridir. Müdafiə və hücum arasında balansın qorunmasında, oyunun qurulmasında və komandanın tempinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Həmçinin, Avropa çempionu adına layiq olan futbolçulardan biridir.
Harry Kane isə yaradıcılıq baxımından komandanın, belə demək mümkündürsə, qladiatoru, qol kralı kimi özünü göstərir. O, hücumları qolla yekunlaşdıran, sonluqda öz fərdi keyfiyyətlərini ortaya qoyan futbolçudur. Kane həm qol vurmaq, həm də hücumların qurulmasında iştirak etmək baxımından komandasına böyük fayda verir.
Amma Lamine Yamal daha çox fərdi keyfiyyətləri ilə seçilir. O, həm azarkeşlərin, həm də futbol ictimaiyyətinin böyük rəğbətini qazanır. Onun oyununa baxan insanlar daha çox futboldan zövq alırlar. Yamalın meydanda fərdi texnikası, sürəti və rəqib müdafiəsini yarmaq bacarığı onu digər namizədlərdən fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Bu baxımdan düşünürəm ki, Lamine Yamalın şansı daha çoxdur. Onun hazırkı performansı ilə yanaşı, gələcək potensialı da kifayət qədər yüksəkdir. Yamalın qarşıdakı illərdə dünyanın ən güclü futbol ulduzlarından birinə çevriləcəyi artıq indidən görünür.
O baxımdan düşünürəm ki, bu üç namizəd arasında Lamine Yamalın qalib olmaq şansı daha çoxdur”, - deyə şərhçi fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Özünü kor kimi göstərən italyan...
30 Noyabr 2024 00:57
Məşhur generalın adı “qara işlər”də Nələr edilib?
22 Aprel 2026 16:59
Özünü axmaq kimi göstərən dahi: Niyə Kramarov özünü qəsdən gülünc göstərirdi?
26 Oktyabr 2026 08:32
Kremldən Ermənistana: “Quru yolunu gözünə qara edərəm, özünü yaxşı apar”, xəbərdarlığı
25 Avqust 2025 16:35
Qara adamlara qızıl daha çox yaraşır VİDEO
22 Fevral 2026 11:23
Baxış sayı:158
Bu xəbər 10 Sentyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları