Roma 60 min nəfərlik müasir stadion inşa edəcək icazə verildi
Icma.az, Sportal.az saytına istinadən bildirir.
İtaliyanın "Roma" klubu yeni stadion inşa edəcək.
Sportal.az xəbər verir ki, uzun illər davam edən bürokratik maneələrdən sonra layihə üçün dövlət və şəhər rəhbərliyindən tam və yekun rəsmi tikinti icazəsi verilib. Arena şəhərin şima-qərb hissəsindəki Pietralata ərazisində olacaq.
Roma meri Roberto Qualtyerinin açıqladığı rəsmi qrafikə əsasən, stadion layihəsinin təməlqoyma mərasimi və ilk tikinti işləri 2027-ci ilin martında start götürəcək. Tikinti işlərinin təxminən 2 il yarım çəkəcəyi və stadionun 2029-cu ilin sonuna qədər tam hazır olacağı gözlənilir. Yeni arena tam müasir standartlara cavab verməklə 60 605 tamaşaçı tutumuna malik olacaq.
Layihənin ümumi dəyəri təxminən 1,37 milyard avro qiymətləndirilir. Bu stadionun İtaliya və Türkiyənin birgə ev sahibliyi edəcəyi AVRO-2032-nin oyunlarını qəbul etməsi planlaşdırılır.
Stadion sadəcə idman arenası olmayacaq. Layihə çərçivəsində Pietralata rayonunda 12 hektara yaxın geniş yaşıl park zonaları, piyada yolları, restoranlar və "Roma" klubu üçün muzey tikilərək bütün ərazinin infrastrukturu tamamilə yenilənəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 30 Sentyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















