Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Romada İsrail Livan görüşü Hizbullah da HƏMAS ın aqibətini yaşayacaq ŞƏRH

Romada İsrail Livan görüşü Hizbullah da HƏMAS ın aqibətini yaşayacaq ŞƏRH

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyanın paytaxtı Romada İsraillə Livan arasında ABŞ-nin vasitəçiliyi ilə danışıqlar aparılır. Avqustun 6-dək davam edəcək danışıqlarda tərəflər Livanın cənubunda İsrailin qoşunlarının yenidən yerləşdirilməsini və quru sərhədi ilə bağlı mübahisəli məsələlərin həllini müzakirə edirlər.

Bu baxımdan İsrail qoşunlarının Livan ərazisindən çıxarılması üçün "pilot zonalar"ın sayının artırılması, sülh, təhlükəsizlik və sabitlik haqqında çərçivə sazişinin müddəalarının yerinə yetirilməsi, quru sərhədi xətti üzrə uzunmüddətli mübahisələrin həlli əsas mövzulardandır.

Bundan əvvəl iyunun 26-da Vaşinqtonda çərçivə sazişi imzalanmışdı. İyulun 14-ü altıncı raund reallaşmış, 17-də isə hərb nümayəndə heyətlərinin onlayn formatda planlaşdırılan danışığı təxirə salınmışdı.

Danışıqların davamlı keçməsi tərəflərin nəticə əldə edəcəkləri şansını artırır. Belə qənaətə gəlmək olar ki, İsrail və Livan arasında razılıq olduğundan münasibətlərin normallaşdırlması üçün növbəti dialoqu keçirirlər.

Aİ, Dövlət Departamenti Romadakı bugünkü görüşdə çərçivə sazişinin irəlilədilməsinə, xüsusilə pilot zonalar prosesinin genişləndirilməsinə, sərhədlə bağlı məsələlərin həllinə diqqət yetirəcəklər. Habelə danışıqlar zamanı sülh və təhlükəsizlik haqqında əhatəli sazişin də müzakirə olunacağı nəzərdə tutulub.

Onu da qeyd edək ki, bu il iyunun 21-də Livan Prezidenti Cozef Aun Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşmüşdü. Onların müzakirə etdikləri əsas məsələlərdən biri "Hizbullah" silahlı qruplaşmasının tərk-silah edilməsi olub. Onda Aun bildirmişdi ki, məqsədləri İsraillə düşmənçilik münasibətlərinə birdəfəlik son qoymaqdır: "Əminəm ki, biz bu məqsədə nail olacağıq".

Qruplaşmanın tərk-silah edilməsi rəsmi Beyrutun hədəflərindən biri olsa da, Livan ordusunun buna gücü çatmadığı bildirildi. Ancaq bu günlərdə Livan ordusu ABŞ və İsrail arasında üçtərəfli koordinasiya mexanizminin nümayəndələrinə atəşkəs sazişi çərçivəsində pilot proqrama daxil edilmiş rayonlardan birində "Hizbullah"ın silah anbarının aşkar olunmasına dair məlumat vermişdi. Bu, proqram fəaliyyətə başlayandan sonra Livan hərbçilərinin təşkilatının obyektini müstəqil şəkildə aşkar etdiyi ilk haldır.

Rəsmi ordunun belə əməliyyat keçirməsi gələcəkdə onun qruplaşmanı müstəqil şəkildə tərk-silah etmək imkanlarını artırır.

"Hizbullah"ın baş katibi Naim Qasim isə avqustun 4-də Livan və İsrail arasında birbaşa danışıqları qınayıb. Onun sözlərinə görə, İsrailin Livanda hərbi əməliyyatlarının rəsmi Beyrutla keçirilən görüşlər deyil, İran və ABŞ arasında atəşkəs memorandumu dayandırıb. O, Livan və İsrail arasında birbaşa danışıqlar ölkəsinə yalnız ümidsizlik və dəfələrlə güzəştlər gətirdiyini vurğulayıb. Baş katib Livan rəsmilərini ABŞ-yə qarşı müqavimət göstərməyə çağırıb.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ ilə İran arasında razılaşmanın əsas şərtlərindən biri Livanda da atəşkəsə nail olmaqdır. Tehran bunu danışıqların prioritetlərindən sayır.

Baş katib yenidən Livan rəsmilərinin hədələyici çıxış edərək, onları güzəştlərə son qoymağa və bunun əvəzinə qruplaşma ilə dialoqa başlamağa çağırıb.

Çünki 2026-cı il martın 2-də Baş nazir Nəvvaf Salamın başçılıq etdiyi Livan hökuməti qruplaşmanın istənilən hərbi və güc fəaliyyətinə qadağa qoyaraq, silahların orduya təhvil verilməsini tələb etmişdi.

"Hizbullah" hökumətin çağırışına məhəl qoymadığından iyulun əvvəlində hakimiyyətlə qruplaşma nümayəndələri arasında birbaşa əlaqələr və daxili danışıqlar tamamilə dayandırılıb.

Bu baxımdan Livan-İsrail cəbhəsində ziddiyyətli şərait yaranıb. Rəsmi Beyrut Təl-Əvivlə münasibətlərin normallaşmasını istəyir, buna səy göstərir. Qarşı tərəfdə onun bu kimi istəklərini cavabsız qoymur. Ancaq ölkə ərazisini bir hissəsinə nəzarət edən "Hizbullah" İsrailə qarşı hədə şüarlarının reallaşacağına hələ də ümid edir. İsrailin bölgədə atəşkəsə riayət etməsi şərti ilə HƏMAS ilk dəfə silahları təhvil verməyə razılıq verib.

HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi İsrailin öhdəliklərini yerinə yetirməsi şərti ilə ABŞ-nin dəstəklədiyi Sülh Şurasının atəşkəs üzrə 15 bənddən ibarət sazişə razılaşıb. Əvvəllər isə hərəkat silahları təhvil verməyəcəyini israrla bəyan edirdi.

Qəzza zolağındakı tərk-silah hadisəsi "Hizbullah"ın İsrailə qarşı "mübarizəsinin" önəmini çox zəiflədir.

Bundan başqa ötən ayın sonunda ABŞ və Səudiyyə Ərəbistanının İraqda iranyönlü "Həşd-Şəbi" silahlı qruplaşmasının düşərgələrinə zərbələr endirib. Bu tərk-silah prosesində növbənin onlara çatacağına işarə də sayıla bilər.

Bu həm də onun ABŞ və İsrailə qarşı hədələyici şüarlarının artıq əhəmiyyət və mahiyyətinin itirdiyinin göstəricisi sayıla bilər.

Çünki bu şüarların müəllifi olan İran hakimiyyəti ABŞ ilə birbaşa olmasa da danışıqlar aparır.

Bununla belə Tehranla "Hizbullah" reallıqla barışmaq istəmədiklərini gizlətmir. Bu isə Beyrutla Tehran arşında ziddiyyətləri artırır.

İyunda İranın xarici işlər naziri Abbas Əraqçının Livana səfəri ləğv edilmişdi. Məlumata görə, Əraqçı səfər çərçivəsində Livan Prezidenti Cozef Aun ilə görüşməli idi. Ancaq səfər ləğv edilmişdi.

Hadisələrin inkişafına əsasən, ehtimal etmək olar ki, İranın ABŞ ilə anlaşması perspektivdə "Hizbullah" və ona bənzər başqa qruplaşmalarında sıradan çıxmasına səbəb olacaq. Qəzza zolağında HƏMAS-ın tərk-silaha razılıq verməsi "Hizbullah"ın da proses qoşulacağı ehtimalını artırır.

Belə bir vəziyyət isə Suriyada olduğu kimi Livanda da Türkiyənin fəaliyyəti üçün şərait yaradacaq. İyulun 30-da Cozef Aunun Ankaraya səfəri və dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşməsi bundan xəbər verir.

Türkiyə lideri bildirib ki, ölkəsi Livanın suverenliyini qorumaqda iştirak etməyə hazırdır.

Ona görə İsraillə Livan danışıqlarının uğurlu nəticəsi Yaxın Şərqin yeni istiqamətdə inkişafına töhfə verəcəyinə ümid var. 40 illik ənənəvi silahlı qruplaşmalar isə siyasi səhnədən tədricən çəkiləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Avqust 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri