Icma.az
close
up
RU
Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Roma, 10 mart, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşəbbüsü ilə martın 9-da Romada iftar süfrəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Vatikanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, İtaliyada və Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik korpusun, dövlət, din, ictimaiyyət nümayəndələri iştirak ediblər. Papa XIV Leo həzrətlərini Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təmsil edib.

Vətəndaşlarla dövlət və ictimai qurumlar arasında birbaşa körpülər qurmağı hədəfləyən tədbirin təşkilinə Mərakeş Krallığının Müqəddəs Taxt-Tacdakı səfirliyi və Beynəlxalq Media Kommunikasiya Klubu (MICC) da dəstək verib.

Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlığa daha bir töhfəsi olan, müxtəlif dinlərin nümayəndələrinin – müsəlmanların, xristianların və yəhudilərin bir araya gəldiyi bir iftar süfrəsi dərin geosiyasi qarşıdurmaların, humanitar böhranların və müharibələrin tüğyan etdiyi bir dövrdə dialoqu davam etdirmək və onu daha da möhkəmləndirmək məqsədi daşıyıb. Bu təşəbbüsün ən diqqətçəkən məqamlarından biri də builki iftar süfrəsinin üç böyük monoteist dinin müqəddəs tarixlərinin eyni vaxta təsadüf etməsi, İslamın Ramazan ayının, xristianlığın Müjdə bayramının və yəhudilərin Purim bayramının bir-birinə qovuşması olub.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Tədbirin moderatoru, Beynəlxalq Media Kommunikasiya Klubunun baş katibi Nizar Ramadan çıxış edərək bildirib ki, əsas hədəf milli qanunvericiliklərə hörmət çərçivəsində müxtəlif icmaların real inteqrasiyasının təşviqi və onların tam hüquqlarını təmin etməkdir.

Mərakeş Krallığının Müqəddəs Taxt-Taxdakı səfiri xanım Racae Naci bu tədbirin ölkələr və icmalar arasında dostluq bağlarını daha da möhkəmləndirəcəyinə töhfələr verəcəyini qeyd edib. Bildirib ki, həm Mərakeş, həm də Azərbaycan bu tədbiri birlikdə təşkil etməklə sülhə olan ortaq bağlılığını bir daha təsdiqləyib və daha qardaşcasına bir dünya naminə birgə fəaliyyətə ilham verib.

Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin çıxışında Papa XIV Leonun mərasim iştirakçılarına salamlarını çatdırıb. O bildirib ki, bu cür təşəbbüslər diplomatiyanın təkcə danışıqlar masası arxasında deyil, həm də qonaqpərvərlik süfrələri arxasında həyata keçirildiyini nümayiş etdirir. Birlikdə yemək paylaşmaq qarşılıqlı anlaşma yaradır, etimadı möhkəmləndirir və ortaq ləyaqətimizi təsdiqləyir. Həqiqətən də xalqlar arasında dostluq təkcə razılaşmalar və tərəfdaşlıqlar vasitəsilə deyil, həm də bu sadə, lakin dərin mənalı birgə ünsiyyət jestləri ilə möhkəmlənir.

Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov iftar mərasiminin üç monoteist dinin müqəddəs günlərinin qeyd olunduğu bir vaxta təsadüf etməsinin böyük rəmzi məna daşıdığını qeyd edərək, Azərbaycanın tarixən müxtəlif dinlərin və millətlərin əsrlər boyu sülh və harmoniya şəraitində birlikdə yaşadığı ölkə olduğunu diqqətə çatdırıb. İftar mərasiminin qardaşlığa açıq və səmimi çağırış olduğunu vurğulayan diplomat bildirib ki, münaqişə, qütbləşmə və inamsızlıqla xarakterizə olunan bir dünyada bu cür mesajlar dövrümüz üçün əsl mənəvi rəhbərlikdir. Buna görə də müxtəliflik təhdid deyil, ilahi müdrikliyin ifadəsidir. Fərq dialoqun çiçəklənməsi üçün mövcuddur və bir-birimizi tanımaq könüllü deyil, mənəvi məsuliyyətdir.

Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanın və Müqəddəs Taxt-Tacın dinlərarası dialoq müstəvisində əməkdaşlığının rəmzinə çevrilən bu iftar mərasiminin dünyada sülh və dinc birgəyaşayış mədəniyyətinin əyani təzahürü, əlaqələrin möhkəmlənməsinə mühüm töhfə olduğunu bildirib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyününü və suverenliyini BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini deyən A.Paşazadə bildirib ki, bu gün Azərbaycan dövləti işğal dövründə vandalizm aktları nəticəsində dağıdılmış dini-mənəvi irs nümunələrimizi, bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir.

Müqəddəs Taxt-Tacla Azərbaycan dövləti arasında münasibətlərin uğurla inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin mütəmadi qaydada həyata keçirildiyini vurğulayan şeyxülislam Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə Vatikanda tarixi dini abidələrin bərpası işinə verdiyi böyük töhfələrin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib.

Çıxışlardan sonra xatirə hədiyyələri təqdim olunub, dinlərarası dialoqa töhfələrinə görə bir qrup şəxs təltif edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Mart 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri