Icma.az
close
up
RU
Romalılar qələbəni finişdə qazandılar

Romalılar qələbəni finişdə qazandılar

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Martın 6-da Avropa Liqasının (AL) 1/8 finalına start verildi. İlk 8 oyundan yalnız birində qalib müəyyənləşmədi, ev sahibləri 3, qonaqlar isə 4 qələbə qazandılar.

"Football-plus.az" xatırladır ki, ötən il keçirilən liqa mərhələsində ilk 8 yeri tutan “Latsio”, “Atletik”, “Mançester Yunayted”, “Tottenhem”, “Ayntraxt” (Frankfurt), “Lion”, “Olimpiakos” və “Reyncers” birbaşa 1/8 finalda oynamaq hüququ qazanmışdılar. Reqlamentə əsasən, vahid liqada mübarizəni yekun cədvəlin 9-24-cü yerlərində başa vuran 16 komanda isə pley-offda iştirak etmişdi. Bu mərhələnin fevralda baş tutan oyunlarından sonra “Bude/Qlimt”, FKSB, “Ayaks”, “Real Sosyedad”, “Roma”, “Viktoriya” (Plzen), “Alkmaar” və “Fənərbaxça” da 1/8 finala vəsiqə qazanmışdılar.
Əsas mərhələni 8 oyuna 19 xalla şərikli lider kimi başa vuran “Latsio” və “Atletik” cümə axşamı fərqli nəticələr göstərdilər. İtaliya klubu Çexiyada dramatik keçən matçın qalibi oldu. “Viktoriya” ilk dəqiqələrdən rəqibdən üstün oyun nümayiş etdirsə də, hesabı künc zərbəsindən sonra romalılar açdılar. Romanyolinin qolundan sonra əsasən müdafiəyə diqqət yetirən qonaq komanda ikinci hissənin əvvəlində plzenlilərin hesabı bərabərləşdirməsinə mane ola bilmədi. 77-ci dəqiqədə Rovellanın rəqibə qarşı çox kobud hərəkətinə görə qarşısında qırmızı vərəqə görməsi ev sahiblərinin fəallaşması ilə müşayiət olundu. Çexiyalıların qalan vaxtda uğurlu nəticə qazanması üçün münasib şərait yarandı. Əsas vaxt sona çatandan 3 dəqiqə sonra müdafiəçi Jiqonun da meydandan qovulması ilə qonaqlar 9 nəfərlə mübarizə aparmalı oldular. Onların əzmkarlığına söz ola bilməz: son saniyələrdə hücuma atılan Marko Baroninin komandası İsaksenin qolu ilə qələbəni təmin etdi.
Maraqlıdı ki, İtaliya paytaxtının digər təmsilçisi də 2:1 hesablı qələbəni son saniyələrdə təmin etdi. “Roma”nın hətta “Atletik”lə ev oyununda belə çətinlik çəkəcəyi gözlənilirdi. İlk hissə Klaudio Ranyerinin komandasının üstünlüyü ilə keçsə də, hesab açılmadı. Bilbaoluların hissənin ortalarında mərkəz müdafiəçisi Vivianı zədə üzündən itirdiyini qeyd edək. Fasilədən sonra qonaq komanda İnyaki Uilyams ilə hesabı açdı, amma çox keçmədən Anxelinyo cavab qolunu vurdu. Yeray Alvaresin 85-ci dəqiqədə ikinci xəbərdarlığa görə meydandan qovulması ilə “Atletik”in müdafiəsinin mərkəzində növbəti problem yarandı. Romalılar bundan əsas vaxta əlavə olunan dəqiqələrdə Şomurodovun qələbə qolunu vurması ilə yararlandılar.
Liqa mərhələsində 18 xalla 3-cü yeri tutan “Mançester Yunayted”i İspaniyada çətin sınaq gözlədiyi aydın idi. İlk hissə qapılar qarşısında təhlükəli vəziyyətlər baxımından kasad keçdi. Fasilədən sonra Zirkzee “Real Sosyedad”ın qapısına yol tapdı. Meydan sahibləri cavab qolunu vurmaq üçün elə bir çətinlik çəkmədilər. Künc zərbəsindən sonra Fernandeş topa əli ilə toxundu və Oyarsabal əla fürsəti qaçırmadı. Qalan vaxtda üstünlük san sebastyanlıların tərəfində olsa da, bundan yararlana bilmədilər. Liqa mərhələsini məğlubiyyətsiz başa buran yeganə komanda olan İngiltərə nəhəngi seriyasını 9 oyuna çatdırdı. MY cari mövsümdə AL-də 5 qələbə qazanıb, 4 matçı isə heç-heçə başa vurub.
Amma İngiltərənin digər təmsilçisi 1/8 finala uğursuz start verdi. “Tottenhem” Niderlandda “Alkmaar”la oyuna çox sayda itki ilə çıxdı və Berqvallın avtoqolu ilə Londona məğlub qayıtdı.
Niderlandda keçirilən digər matç isə qonaq komandanın qələbəsi ilə nəticələndi. “Ayaks” Brobbi ilə “Ayntraxt”ın qapısına erkən yol tapmaqla üstünlük qazansa da, frankfurtlular qalan vaxtda iki qol vuraraq Almaniyaya əzmkar qələbə ilə qayıtdılar.
Liqa mərhələsini yalnız 3 xal toplamaqla sonuncu – 36-cı yerdə başa vuran “Qarabağ”ın 4 rəqibi iki matçda qarşılaşdı. Ağdamlıların evdə uyğun olaraq 2:3 və 1:4 hesabıyla uduzduqları FKSB ilə “Lion” Rumıniyada üz-üzə gəldilər. Fransalılar meydana ikinci hissədə çıxan Fofananın son dəqiqələrdəki dublu ilə 3:1 hesablı qələbəyə nail oldular. “Qarabağ”ın Norveçdə 2:1 hesabıyla məğlub etdiyi “Bude/Qlimt” isə öz meydanında “Olimpiakos”a böyük hesabla qalib gəldi – 3:0. Onu da xatırladaq ki, Konfrans Liqasının son qalibi olan Yunanıstan nəhəngi evdə Azərbaycan çempionunu üç cavabsız qolla məğlub etmişdi.
1/8 final, ilk oyunlar
Viktoriya (Plzen, Çexiya) – Latsio (İtaliya) 1:2

Durosinmi, 53 - Romanyoli, 18. İsaksen, 90+8.
Latsio: Provedel, Tavareş (Latsari, 55), Romanyoli, Jiqo, Maruşiç, Rovella, Genduzi, Noslin (Çauna, 62), Pedro (Vesino, 62), İsaksen, Dia (Patrik, 82).
Roma (İtaliya) – Atletik (İspaniya) 2:1
Anxelinyo, 56. Şomurodov, 90+4 - İ.Uilyams, 50.
Roma: Svilar, Ndika, Mançini, Çelik, Anxelinyo, Kristante, Pizilli (Kone, 77), Rensx (Əl-Şaaravi, 60), Baldantsi (Salemakers, 60), Dibala (Şomurodov, 71), Dovbik (Sule, 71).
Atletik: Aqirresabala, Berçiçe, Y.Alvares, Vivian (A.Paredes, 23), De Markos, Xaureqisar (Quruseta, 63), De Qalarreta, N.Uilyams (Vesqa, 77), Unay Qomes (Berenger, 77), İ.Uilyams, Sannadi (Prados, 63).
Real Sosyedad (İspaniya) – Mançester Yunayted (İngiltərə) 1:1
Oyarsabal, 70-p. – Zirkzee, 58.
Real Sosyedad: Remiro, Elustondo (Aramburu, 63), Agerd, Subeldiya, Munyos, Suçiç (Olasaqasti, 88), Turryentes (Marin, 63), Mendes, Kubo (Bekker, 80), Oyarsabal, Barreneçea (Oskarsson, 63).
Mançester Yunayted: Onana, Dalot, De Liqt, Mazraui, Yoro (Lindelöf, 87), Dorqu, Kazemiro, B.Fernandeş, Zirkzee (Kollyer, 87), Höylunn, Qarnaço (Eriksen, 77).
Alkmaar (Niderland) – Tottenhem (İngiltərə) 1:0
Berqvall, 18-öz qapısına.
Tottenhem: Vikario, Udoci (Porro, 72), Spens, Qrey, Danso, Berqvall, Bentankur, Meddison (Sarr, 72), Conson, Tel (Odober, 46), Son Hın Min (Solanke, 72/Skarlett, 90+2).
Ayaks (Niderland) – Ayntraxt (Frankfurt, Almaniya) 1:2
Brobbi, 10 – Larsson, 27. Sxiri, 70.
Ayaks: Pasveer (Qorter, 24), Şutalo, Hato, Baas, Qoey, Teylor, Henderson, Mokyo (Konadu, 71), Qodts (Berqheys, 64), B.Traore (Fits-Cim, 71), Brobbi (Edvardsen, 64).
Ayntraxt: Trapp, Kristensen, Tuta, Teate, Kollinz, Götse (Uzun, 90), Knauff (Şaibi, 80), Sxiri, Larsson, Bahoya (Braun, 73), Ekitike (Vai, 82).
FKSB (Rumıniya) – Lion (Fransa) 1:3
Belutse, 68 - Talyafiko, 30. Fofana, 86; 90.
Lion: Perri, Talyafiko, Mata, Nyakate, Meytlend-Nayls, Tolisso (Akuoku, 90+2), Matiç (Almada, 76), Tessmann (Veretu, 76), Şerki, Nuama (Fofana, 68), Mikautadze (Lakazett, 68).
Bude/Qlimt (Norveç) – Olimpiakos (Yunanıstan) 3:0
Solakis, 13-öz qapısına. Hög, 45; 55.
Fənərbaxça (Türkiyə) – Reyncers (Şotlandiya) 1:3
Ciku, 30 – Dessers, 7. Çernı, 42; 81.
Cavab oyunları martın 13-də keçiriləcək.
Bombardirlər: Əl-Kaabi (Olimpiakos) - 7, Varqa (Ferentsvaroş), Omorodion (Portu), Osimhen (Qalatasaray), Fofana (Lion), Hög (Bude/Qlimt), Çernı (Reyncers), Ən-Nəsiri (Fənərbaxça) - 6.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Mart 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri