Icma.az
close
up
RU
Ronaldo 910a çatdı, Xorvatiya “qırmızı”nın güdazına getdi

Ronaldo 910a çatdı, Xorvatiya “qırmızı”nın güdazına getdi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Polşa yığması Portudakı oyuna Levandovskisiz, amma cəsarətli başladı.

Təsadüfi deyil ki, ilk yarıda bütün sarı vərəqələr meydan sahiblərinə göstərildi. Fernandeş məhz bu səbəbdən sonuncu turu buraxacaq. Ən maraqlı məqam isə Ronaldonun fasilə ərəfəsindəki demarşı oldu. Topu qapıya vurmaq istərkən müdafiəçi ilə toqquşan ulduz elə emosional şəkildə penalti tələb etdi ki, hakim dərhal sarı vərəqə çıxardı.
Hesab edək ki, bu məqam sözün yaxşı mənasında Portuqaliyanı qıcıqlandırdı və 2-ci hissədə oyunun axarı kəskin şəkildə dəyişdi. Meydan sahiblərinin təzyiqi artdı. Mendeşin gözəl ötürməsindən sonra hesabı açan Leao polşalıların müqavimətini qırdı. Bundan sonra meydanda yalnız bir komanda var idi. Fernandeşin uzaq məsafədən vurduğu qolu izləməyə dəyərdi. Hələ qocalmaq bilməyən Ronaldonu demirik. O, əvvəlcə karyerasında 169-cu dəfə penaltidən fərqləndi (200 dəfə “nöqtə”yə yaxınlaşıb), ardından Netonu zərbə mövqeyinə çıxardı, 87-ci dəqiqədə isə “qayçı” zərbəsi ilə hesabı 4:0 etdi. Möcüzədi, bütün bunları 39 yaş 9 aylığında bacarır! Bu qələbə həm də Portuqaliyanın qrup birincisi olmasını rəsmiləşdirdi.
Qlazqoda keçirilən Şotlandiya – Xorvatiya oyununun nəticəsinə Peter Suçiçin ilk yarının sonunda meydandan qovulması ciddi təsir göstərdi. Hərçənd onun qayda pozuntusu 2-ci sarı vərəqə göstərilməsinə əsas vermirdi. Xorvatiya hətta azlıqda da oyunun axarını öz xeyrinə dəyişə bilərdi. Ancaq Modriçdən gözəl ötürmə alan Paşaliç əla imkanı boşa verdi. Sona az qalmış isə Makqinn şotlandiyalılara qələbə qazandıran qolu vurdu. Xorvatların hesabı bərabərləşdirmək üçün nə gücü, nə də vaxtı var idi.
A liqası, 1-ci qrup
5-ci tur
Portuqaliya – Polşa 5:1 (0:0)

Portuqaliya: D.Koşta, Mendeş (Tavareş, 88), Veyqa, A.Silva, Dalot, Fernandeş, Neveş (Vitinya, 46), B.Silva (S.Koşta, 76), Leao (Trinkan, 83), K.Ronaldo, Neto (Feliş, 83).
Polşa: Bulka, Kivyor, Bednarek (Valyukeviç, 46), Pyontkovski, Zalevski, Zyelinski, Romançuk, Boquş (Marçuk, 46), Bereşinski (Kaminski, 32), Urbanski (Buksa, 72), Pyontek (Kozubal, 80).
Qollar: Leao, 59 (1:0). K.Ronaldo, 72-p. (2:0). Fernandeş, 80 (3:0). Neto, 83 (4:0). K.Ronaldo, 87 (5:0). Marçuk, 88 (5:1).
Vərəqələr: Neveş, 25. Fernandeş, 25. K.Ronaldo, 45+2. Bulka, 56. Tavareş, 90+2 – sarı.
Hakim: Donatas Rumşas (Litva).
15 noyabr. Portu. 47239 tamaşaçı.
Şotlandiya – Xorvatiya 1:0 (0:0)
Şotlandiya: Qordon, Robertson, Henli (Makkenna, 46), Suttar, Rolston, Maklin (Makqinn, 67), Gilmor, Kristi (Qold, 66), Maktominey, Doak (Armstronq, 90+2), Konuey (Dayks, 67).
Xorvatiya: Kotarski, Qvardiol, Çaleta-Sar, Şutalo, Yakiç (Pyatsa, 82), Kovaçiç, Modriç, Baturina (Vlaşiç, 75), P.Suçiç, L.Suçiç (Perişiç, 65), Kramariç (Paşaliç, 65).
Qol: Makqinn, 86.
Vərəqələr: P.Suçiç, 30. Çaleta-Sar, 41. Kramariç, 44 – sarı. P.Suçiç, 44 –qırmızı (ikinci sarı).
Hakim: Orel Qrinfeld (İsrail).
15 noyabr. Qlazqo. 48808 tamaşaçı.
6-cı tur
Xorvatiya – Portuqaliya 1:1
Qvardiol, 66 – Feliş, 33.
Polşa – Şotlandiya 1:2
Pyontkovski, 59 – Makqinn, 3. Robertson, 90+2.
1. Portuqaliya 6 4 2 0 13-5 14
2. Xorvatiya 6 2 2 2 8-8 8
3. Şotlandiya 6 2 1 3 7-8 7
4. Polşa 6 1 1 4 9-16 4
Faktlar
* Ronaldo milli komandada qələbə sayına görə yeni rekord müəyyəndirdi. Portuqaliya yığmasının heyətində 132-ci dəfə qələbə sevinci yaşayan ulduz bu gostəricidə ispaniyalı Serxio Ramosu (131) arxada qoydu. Sonrakı pillələrdə isə ispaniyalı İker Kasilyas (121) ilə argentinalı Lionel Messi (119) qərarlaşıb.
* Ronaldo yığmada qol sayını 135-ə, oyun sayını isə 217-yə çatdırdı. Hər iki göstərici dünya rekordudu. Avropa yığmalarında oyun sayına görə Kriştianodan sonrakı pillələrdə qərarlaşanlar: Luka Modriç (Xorvatiya) – 183, Serxio Ramos (İspaniya) – 180, Canluici Buffon (İtaliya) – 176.
* Ronaldo dublla karyerasındakı qol sayını 910-a çatdırdı. Qolların 135-ni milli komandada, 775-ni klub səviyyəsində vurub.
Yeri gəlmişkən...
Qrup birinciliyini təmin edən Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines Ronaldo, Bruno Fernandeş, Bernardo Silva və Pedro Netoya dincəlmək imkanı yaradıb. Fernandeş onsuz da cəzalı duruma düşmüşdü. Adı çəkilən oyunçuların əvəzinə Jeovani Kenda (Sportinq), Fabio Silva (Las Palmas) və Tyaqo Calo (Portu) yığmanın düşərgəsinə çağrılıb.
Oyundan sonra
Roberto Martines, Portuqaliya yığmasının baş məşqçisi:

“Bu, iki hissədən ibarət oyun idi. İlk yarı çox pis keçdi, konsentrasiyanı itirdik və məyus olduq. Ancaq ikinci hissədə Portuqaliya yığmasının indiyəqədərki ən yaxşı oyununu gördüm. Hər oyunda qalib gəlmək və 5 qolu vurmaq asan deyil. Azarkeşlərimiz önündə xüsusi qələbə qazandıq. Vitinya çox yaxşı oynadı. Ancaq komandalar arasındakı fərq bir oyunçu ilə bağlı deyil. Mentallığı dəyişmişik, intensivliyi artırmışıq. Polşalılara oynamaq imkanı vermədik. Ronaldonun məşqlərdəki fədakarlığı həm də intizama və yorulmadan çalışmağa söykənir. Qol vurmağa davam edir və bunu dünya futbolunda ən yüksək səviyyədə bacarır”.


Zlatko Daliç, Xorvatiya yığmasının baş məşqçisi:

“Çox yaxşı oynadıq, xüsusən də ilk yarıda. İlk yarıda oyuna və topa nəzarət edirdik, planlaşdırğımız hər şeyi yerinə yetirirdik. Ancaq komandam meydanda azlıqda qalandan sonra bizə çox çətin oldu. Şotlandiya yığmasını qələbə münasibəti ilə təbrik edirəm. Şotlandiya pressinqdən fəal şəkildə yararlanan çox çətin rəqibdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:328
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri