Icma.az
close
up
RU
Ronaldo “Əl Nəssr”dən gedəcəyinə işarə vurdu

Ronaldo “Əl Nəssr”dən gedəcəyinə işarə vurdu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya futbolunun ən böyük ulduzlarından biri Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatındakı son turun ardından – onun komandası “Əl-Fateh”ə 2:3 hesabıyla uduzdu – “Əl-Nəssr”dən mümkün gedişinə işarı etdi.

“Marca” qəzeti mayın əvvəlində hücumçunun yayda – müqavilə müddəti bitəndən sonra komandadan ayrıla biləcəyini yazmışdı. 40 yaşlı portuqaliyalı isə sosial şəbəkələrdə elə müəmmalı post paylaşdı ki, istər-istəməz hər kəs onun ayrılacağını düşünməyə başladı. “Qızıl top”un beşqat qalibi son oyundan şəklinin altında bu sözləri yazdı:

“Bu fəsil başa çatdı. Tarix? Hələ də yazılır. Hamıya minnətdaram”.

Fevralda futbolçudan müsahibə götürən dostu Edu Agirre bildirib ki, Kriştiano 2025-ci ilin iyununa qədər qüvvədə olan müqaviləsinin müddətini uzatmayıb. “Marca” isə mayın 10-da yazırdı ki, Ronaldonun “Əl-Nəssr” ilə müqavilə müddətini uzatması sual altındadı, yeni müqavilə ilə bağlı şifahi razılığın olmasına baxmayaraq. İş ondadı ki, portuqaliyalı veteranın komandanın son uğursuzluqlarına acıqlı reaksiyası rəhbərliyin xoşuna gəlməyib.
Bundan başqa, fərqli informasiya da yayılıb: Kriştiano La Liqa 2-də mübarizə aparan “Almeriya”nın həmsahibi ola bilər. Portuqaliyalı ulduz İspaniyanın adı çəkilən klubunu alan Səudiyyə Ərəbistanının “SMC Group” investisiya şirkətinin sahibi Məhəmməd Əl-Hereyci ilə dostluq edir. Məhz adı çəkilən şəxs Ronaldonun 2023-cü ildə “Əl-Nəssr”ə keçidində həlledici rol oynayıb.
Forvard həmin vaxtdan Səudiyyə Ərəbistanında çıxış etsə də, komanda portuqaliyalının gəlişindən sonra heç bir önəmli titul qazanmayıb. Ronaldo cari mövsümdə bütün turnirlərdə keçirdiyi 41 oyunda 35 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Əl-Fateh”lə oyunda klub səviyyəsində 800-cü dəfə fərqlənən portuqaliyalı ulduz həm də Səudiyyə Ərəbistanı çempionatının son mövsümünün bombardiri olub. O, “Əl-Nəssr”in heyətində 99, “Real”da 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Sportinq”də 5 qol vurub.
Karyerası boyunca 936 qol vuran Kriştiano 1000-ə çatmaq yolunda inadla çalışır. Mövsümün sonunda 3-cü yeri tutan “Əl-Nəssr” Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
FİFA-nın prezidenti Canni İnfantino isə hücumçunun iyunun 15-də start görürəcək klublarası dünya çempionatı ərəfəsində komandasını dəyişə biləcəyini deyib:

“Bəli, Ronaldo klublarası dünya çempionatında oynaya bilər. Bəzi komandalarla danışıq aparılır. Hansısa klub vəziyyəti izləyirsə və bu turnirdə Kriştianonun xidmətində maraqlıdısa, Allah bilir necə olacaq”.

FİFA portuqaliyalının klub DÇ-sində iştirakını arzulayır, turnirin reytinqinin qalxması üçün bunda çox maraqlıdı. Kriştianonun personasına belə marağın səbəbi aydındı: o hələ böyük auditoriyanın diqqətini cəlb etməyə qadir olan futbolçu statusunu itirməyib. Ronaldonun yoxluğu turnirin kommersiya cəlbediciliyi baxımından arzuolunmaz zərbədi.
Yeri gəlmişkən...
Ronaldonun "Əl-Nəssr"dəki gələcəyi ilə bağlı yekun qərar verilməyib. Klubun idman direktoru Fernando Yerro portuqaliyalı ulduzla danışıqların davam etdiyini bildirib:

"Kriştiano ilə danışıqlar davam edir. Ümid edirəm ki, müqavilə müddətini uzada biləcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyun 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri