Icma.az
close
up
RU
Ronaldo müsəlman olub? İnşallah sözü və səcdəsi

Ronaldo müsəlman olub? İnşallah sözü və səcdəsi

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Globe Soccer Awards” mərasimində “Yaxın Şərqin ən yaxşı oyunçusu” mükafatını alan Kriştiano Ronaldo çıxışı ilə gündəm olub.

“Ölkə.Az” xəbər verir ki, onun “inşallah” sözünü dilə gətirməsi böyük marağa səbəb olub:

“Bu tədbir mənim üçün hər zaman önəmli olub. Zalda çox sayda sevdiyim insan var. Xüsusən də həyat yoldaşımın burada iştirakını qeyd etmək istərdim. Oynamağa davam etmək çətindir. Amma motivasiyam var. İnşallah, zədə almaram. Gecədən həzz alın”. 

Hazırda 956 dəfə qapı torunu silkələyən superulduz bundan xeyli müddət öncə qol sevinci zamanı səcdə etməsi ilə gündəmə gəlmişdi. 

Bütün bunlara görə Ronaldonun müsəlman olduğuna və ya olacağına inananların sayını artırıb. Sosial şəbəkələrdə bəzi rəylərdə hətta onun artıq İslam dinini qəbul etdiyini yazanlar da az deyil. Təbii ki, sözügedən müzakirələr elə müzakirə səviyyəsində yaxud müsəlman kəsimin arzusu kimi qiymətləndirilə bilər. Çünki Kriştianonun Səudiyyə Ərəbistanında qol sevinci zamanı xristianlara xas olan hərəkəti etdiyi zaman da olub. Maraqlıdır ki, onun penalti zərbəsi vurarkən ağız hərəkətlərinə əsasən "Bismillah" dediyi də iddialar sırasındadır. Belə bir video da sosial şəbəkələrdə paylaşılıb.

Bundan öncə yazılan xəbərlərdə Ronaldonun həmişə İslamı qəbul etməkdə maraqlı olduğu qeyd edilir. 2023-cü ilin qışında "Əl-Nəssr"ə keçməzdən əvvəl onun keçmiş Real Madrid komanda yoldaşları Məsut Özil və Kərim Benzema onu müsəlman olmağa inandırmağa çalışdığı bildirilib.

Keçən il portuqaliyalı ulduzla oynayan Abdulla televiziya proqramlarından birində çıxış edərək bunları deyib:

"Mən həqiqətən Ronaldonun İslam dinini qəbul etmək istədiyini düşünürəm. Onunla bu barədə danışdım və o, maraqlandığını bildirdi. Artıq bir dəfə olub ki, o, meydanda səcdə edib, həmişə digər oyunçuları namaz qılmağa və İslam əmrlərinə əməl etməyə təşviq edib. Hər dəfə məşq olanda və azan səslənəndə Ronaldo məşqi dayandırmağı xahiş edərdi və ancaq azan bitəndən sonra davam etdirərdi". 

“Globe Soccer Awards” mərasimində bir zamanların ulduzu olan fransalı futbolçu Pol Poqba onun haqqında danışarkən deyib:

"Kriştiano, futbolçu kimi hər birimizi ilhamlandırdın. Sən bunu gələcək nəsil üçün etdin. Böyük təşəkkür edirəm".

Gələcəyin ulduzu sayılan "Barcelona"nın Lamin Yamalı isə belə çıxış edib: 

“Özünü kiminləsə müqayisə etməmək ən yaxşısıdır. Mən də öz yolumla getmək istəyirəm. Kriştiano Ronaldo kimi oyunçular ona görə böyük uğurlar qazandılar ki, başqaları ilə müqayisə olunmağı deyil, yalnız özləri olmağı seçdilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri